"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Yol polisindən biabırçılıq

15 Oktyabr 2014 - 14:05
in CƏMİYYƏT MANŞET

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Yol polisindən sürücüyə biabırçı sual; maşındakı xanım kimdir?f51133
Bakıda DYP əməkdaşları eyni avtomobili 10 dəqiqə ərzində 3 dəfə saxlatdırıb

Sumqayıt şəhər sakini Elnarə Məhərrəmova Avtosfer.az saytına müraciət edərək Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz və qeyri-etik hərəkətlərindən şikayət edib. Onun sözlərinə görə, oktyabrın 13-də Gürcüstandan Azərbaycana qayıdıb. Gecə saat 3-də Bakıdakı Beynəlxalq Avtovağzaldan taksiyə minərək Sumqayıt şəhərinə gedərkən yolda DYP əməkdaşları onun olduğu avtomobili saxlayıblar: «Taksi sürücüsü qardaşımın dostudur. Məni evə aparmaq üçün gəlmişdi. Biz maşına minib Avtovağzaldan çıxan kimi körpünün altında 10 YP 489 dövlət nömrə nişanı DYP avtomobili maşını saxlatdırdı. Yol polislərindən biri yaxınlaşıb sürücüdən sənədləri istədi. O da sənədləri yol polisinə verdi. Polis əməkdaşı sənədlərə baxıb geri qaytardı və biz yolumuza davam etdik. Avtovağzalın içindən qalxanda – Binəqədi yazılan yerdə həmin DYP maşını bizim maşını yenidən saxlatdırdı. Bu dəfə əlində nəsə var idi, sürücüyə yaxınlaşdırıb dedi ki, «bura fuu elə». Sürücü də üfürdü. Yol polisi baxıb gördü ki, sürücü sərxoş deyil, çıxıb getdi. Biz də yolumuza davam elədik. Heç 100 metr getməmişdik, yenə həmin DYP maşını bizi saxlatdırdı. Bu dəfə də həmin polis əməkdaşı gəlib sürücüdən yenə sənədləri istədi. Amma bu dəfə heç sənədlərə baxmadı. Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanım kimdir? Mən artıq dözə bilmədim. 10 dəqiqə ərzində eyni DYP maşını bizi 3 dəfə saxlatdırıb, heç bir qayda pozuntusu yoxdur. İndi də sürücüdən məni soruşur. Belə özbaşınalıq olar? Mən onlara nə lazımdırsa hamısını dedim, sonra da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. İnanıram ki, həmin polisləri aşkar edib cəzalandıracaqlar. Maşın 90-lıq yolda 80-lə gedirdi, arxa şüşəyə 100 faizlik plyonkaya icazə verilir, bu maşında isə 75 faizlikdir. Sürücü təhlükəsizlik kəmərini də taxmışdı. Heç bir qayda pozuntusu olmaya-olmaya eyni DYP əməkdaşının bir maşını 3 dəfə saxlatdırması nə dərəcədə doğrudur? Adətən yollarda sürücülərin özbaşınalığını görürdük, indi yol polisləri özbaşınalıq edirlər».

Elnarə Məhərrəmova bildirib ki, həmin polisləri görsə tanıyacaq. O, həmin polisləri maraqlı şəkildə belə təsvir edib: «Bizi saxlayan yol polislərindən biri bığlı, yekəqarın kişi idi. Yanındakı isə cavan oğlan idi. Maşından düşüb dedim, gecə vaxtı camaatla məzələnirsiniz? Başqa işiniz yoxdur? Bu nə özbaşınalıqdır? Dedim, şikayət edəcəm və etdim. Yol polisləri maşına minib qaçdılar».

Əgər Elnarə Məhərrəmovanın göstərdiyi xüsusiyyətlər həqiqətdirsə, DYP əməkdaşlarının özbaşınalığından və yol verdikləri qanun pozuntusundan danışa bilərik. Çünki 10 dəqiqə ərzində eyni maşını 3 dəfə saxlamaq və axırda da maşındakı xanımla maraqlanmaq həmin DYP əməkdaşlarının öz işlərinin məsuliyyətindən xəbərsiz olduğunu göstərir.

 

Elməddin Muradlı

Avtosfer.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bu gün bu yoldan keçməyin; bağlanır

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

İlham Rəhimovun obyektində faciə: 8 nəfər 10-cu mərtəbədən yıxıldı, azərbaycanlı öldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.