"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İlham Rəhimovun obyektində faciə: 8 nəfər 10-cu mərtəbədən yıxıldı, azərbaycanlı öldü

15 Oktyabr 2014 - 14:59
in HADİSƏ MANŞET

68049_res_01Bu gün səhər saatlarında Moskvadakı “MoskvaSiti” ofis mərkəzinin tikintisində faciə baş verib.

Bunu da oxuyun

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, binanın 10-cü mərtəbəsində tikinti materiallarını və fəhlələri qaldırmaq üçün istifadə olunan “səbətin” trosu qırılıb və 8 fəhlə aşağı yıxılıb. Yıxılanların 7-si ağır bədən xəsarətləri alıb, biri isə ölüb.

Əvvəlcə xəsarət alanların sayının 7 nəfər olduğu açıqlanıb. Lakin hadisə yerinə gələn polislər bir fəhlənin cəsədini aşkar ediblər. Maraqlıdır ki, qalan fəhlələr ölən şəxsin cəsədini gizlətməyə çalışıblar və polislər cəsədi məişət tullantılarının yığıldığı qapalı yerdə aşkar ediblər.

Cəsədin gizlədilməsinin səbəbi aydın deyil, lakin istisna deyil ki, podratçı şirkət bununla ölüm faktını gizlətməyə çalışıb.

Yıxılan və ağır yaralanan fəhlələrin Özbəkistan vətəndaşları olduğu bildirilir. Ölən fəhlə isə Azərbaycan vətəndaşıdır. Lakin bəzi məlumatlara görə, yaralıların da çoxu azərbaycanlıdır.

Moskva polisinin mətbuat xidmətinin məlumatına görə, hadisə səhər saat 6 radələrində baş verib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

İlham Rəhimov

Qeyd edək ki, “Moskva Siti” ofis mərkəzinin mülkiyyətçilərindən biri azərbaycanlı iş adamı, prezident Vladimir Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimovdur.

“Forbes” jurnalının İlham Rəhimov haqda 2012-ci ildə yazdığı “Professorun payı” adlı məqaləsində göstərilirdi ki, “Moskva Siti”nin yarımçıq qalmış tikintisində Rəhimovun 15 faizlik payı var.

Belə ki, tikinti katlavan mərhələsində yarımçıq qalandan sonra Moskva meriyası onu satıb. Rəhimov 15 faiz pay alıb və hazırda binanın tikintisi davam edir.

*  *  *

Son məlumatlara görə, Moskva hüquq-mühafizə orqanları bildirib ki, “Moskva Siti”də qəzaya səbəb olan “səbət” fəhlələrin yuxarı mərtəbələrə qaldırılması üçün nəzərdə tutulmayıb və yalnız tikinti materiallarını qaldırmaq üçün idi.

Bundan əlavə tikintini həyata keçirən Türkiyə şirkəti “Ant Yapı”nın bu cür tikinti aparmaq üçün sənədlərinin qaydasında olmadığı məlum olub.

Faktla bağlı “Mosqosstroynadzor” bütün tikinti sahəsində işi dayandırıb və yoxlamalara başlayıb. Yaralananların hamısının Özbəkistan vətəndaşları olduğu dəqiqləşib, tikintiyə türkiyəli mühəndis başçılıq edirdi.

Rusiya İstintaq Komitəsi qəza ilə bağlı araşdırma başladıb.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Parisdə “Qarabağ sülhü”nün təməli qoyulacaq”

Next Post

Dərbənddə azərbaycanlı qəhrəmanın büstü dağıdıldı – (Fotolar)

Bənzər yazılar

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

18 Aprel 2024 - 11:00

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb. Elchi.az  xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Yaponiya ictimai televiziyası...

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

20 Dekabr 2023 - 09:30

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası...

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

Bakıda inşaat materialları bazarı yanır-VİDEO

23 Noyabr 2023 - 09:45

Bakıda inşaat materialları bazarı yanır. Elchi.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı...

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib

19 Oktyabr 2023 - 15:56

Ukraynada Zaporojye və Dnepr şəhərlərində partlayışlar baş verib. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri "Telegram"da məlumat yayıb....

Next Post

Dərbənddə azərbaycanlı qəhrəmanın büstü dağıdıldı - (Fotolar)

Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.