"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qurban Qurbanov məhkəmə yoluyla işdən çıxarıldı

16 Oktyabr 2014 - 11:45
in DÜNYA

1Dağıstanın Dərbənd administrasiyasının rəhbəri, bu respublikanın nüfuzlu azərbaycanlı klanının rəhbəri Qurban Qurbanov vəzifəsindən çıxarılıb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Virtualaz.org xəbər verir ki, bu haqda qərarı Mahaçqalanın Sovetsk rayon məhkəməsi qəbul edib. Məhkəmə qarşısında Qurbanovun vəzifədən azad edilməsi barədə vəsadəti Rusiya İstintaq Komitəsinin Şimali Qafqaz regionu üzrə idarəsi qaldırmışdı.

Q.Qurbanov hazırda ev dustağıdır və onun barəsində cinayət işinin araşdırması gedir. Dərbənd rəhbərinin “qara günləri” Dağıstan rəhbəri Ramazan Abdulatipova qarşı bunt qaldırmasından sonra başladı. Abdulatipov bir neçə ay əvvəl televiziya ilə çıxışında bildirdi ki, bəzi rayon rəhbərləri özlərini ömürlük rəhbər hesab edirlər və nöqsanlara baxmayaraq vəzifələrini tərk etmək istəmirlər. Dağıstan rəhbəri Dərbənd rayonu rəhbərinin işini tənqid edərək onun vaxtından əvvəl istefa verməli olduğunu bəyan etdi. Daha sonra onun səlahiyyətlərinin icrasını həyata keçirəcək şəxs də təyin edildi.

Lakin ötən əsrin 60-cı illərindən etibarən Dərbəndi idarə edən qurbanovlar klanının nümayəndəsi olan Dərbənd rəhbəri Abdulatipovun çağırışına qulaq asmadı və istefa verməyəcəyini elan etdi. Hətta öz tərəfdarlarını mitinqə topladı. Bunun ardınca Dağıstan hüquq-mühafizə orqanları Dərbənd administrasiyasına basqın edib bütün sənədləri apardılar, daha sonra Q.Qurbanova qarşı cinayət işi qaldırıldı. Bu günlərdə isə onu həbs etdilər. Q.Qurbanov həbs edilsə də bir neçə həftə sonra onu ev dustaqlığına buraxdılar. Ona qarşı irəli sürülmüş ittihama görə Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyə mülkiyyətində olan 56 hektar torpağı şəxsi istifadəyə verib.

Lakin Q.Qurbanov deyir ki, ona qarşı irəli sürülmüş ittiham əsassızdır və heç bir məhkəmə perspektivi yoxdur. Qurbanov həmçinin məhkəmənin onu vəzifəsindən azad etmək barədə qətnaməsinə etiraz edib. “Buz bu qətnamədən şikayət verəcəyik. Bu,  siyasi təzyiqdir. Sual yaranır, bütün bu illər ərzində prokurorluq hara baxırdı və indiyədək administrasiyanın heç bir qərarından protest vermirdi. Hazırda rayonda total yoxlama gedir, onlara nəsə tapmaq lazımdır, çünki göstəriş belədir” deyə o, bildirib.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 82 yaşlı sürücü ağır qəza törədib

Next Post

Rüşvətxor sabiq hakimdən məhkəmə sədrinə şok ittihamlar

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Rüşvətxor sabiq hakimdən məhkəmə sədrinə şok ittihamlar

"Bu adamların istefa verməsi belə etik normalardan kənardır" -GÜLMƏLİ AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.