"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bu gün xalq artisti mərhum Sədayə Mustafayevanın doğum günüdür

15 İyul 2014 - 12:18
in MƏDƏNİYYƏT

siaphoto_420649Bu günAzərbaycan teatr və kino aktrisası, Xalq artisti Sədayə Mustafayevanın doğum günüdür. SİA-nın məlumatına görə, Sədayə Mustafayeva 1926-cı il iyulun 15-də Şəki şəhərində anadan olub. Beşillik orta təhsilini bitirdikdən sonra Böyük Vətən müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlayıb.

1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın Xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilib. Bu teatrın səhnəsində 400-dən çox maraqlı obrazlar qalereyası yaradıb.

“Vaqif” də Xuraman, Gulnar, “Aydın”da Gültəkin, “Pəri Cadu” da Pəri, “Solğun çiçəklər” də Sara, Pəri, Gülnisə, “Otello”da Emilya, “III-Riçard”da Yelizaveta, “Sokratla söhbətlər”də Ksantipa, “İtgin gəlin”də Səbihə, “Yad qızı”nda Həcər xanım, “Dairəni genişləndirin”də Aliyə, “Təbilçi qız”da Nila, “Kəndçi qız”da Bənövşə, “Dəli Kür”də Şahnigar, “Ana vüqarı”nda Ana, “Bəraət”də Rəşidə xanım, “Atayevlər ailəsi”ndə Dilşad xanim, “Xurşudbanu Natavan”da Natavan, “Qonşular”da Mətanət, “Almaz”da Almaz, “Sən həmişə mənimləsən”də Nargilə, “Mahnı dağlarda qaldı”da Rəxşəndə xanım və s. obrazları xalq artisti S.Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir.

İndi Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S.Mustafayeva məktəbinin yetirməsidir. Xalq artisti S.Mustafayeva həmçinin “Azərbaycanfilm”in istehsalı olan 20-dən çox filmə çəkilib. 1958-ci ildə respublikanın Əməkdar artisti, 1981-ci ildə isə Xalq artisti fəxri adlarına, həmçinin 2003-cü ildə Azərbaycan Prezidentinin Fərdi təqaüdünə layiq görülüb. 2004-cü il avqust ayının 13-də Gəncə şəhərində vəfat edib.

Xatırladaq ki, Sədayə xanm mərhum sənətkarımız Xalq artisti Məmməd Bürcəliyevin həyat yoldaşıdır.

Ceyhun Rasimoğlu

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hesabat verdi FOTO

Next Post

Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olundu

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post

Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olundu

“Mərhəmət elçisi” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.