"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Xaçmazda dəhşətli hadisə: Anasını söyən gənci amansızlıqla öldürdü — Təfərrüat

11 May 2020 - 11:52
in HADİSƏ

Xaçmaz rayonunda qətl törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Məlik Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var


Demokrat.az-ın məlumatına görə, 2018-ci ilin avqust ayının əvvəllərində Məlik Ağayevin tanış olduğu Xaçmaz rayonu, Sibiroba kəndində yaşayan Tural Dadaşov ona “WhatsApp” proqramında tez-tez müxtəlif mövzularda mesajlar yazıb.


Bu hərəkətləri ilə Tural Dadaşov Məlik Ağayevi narahat edib. Bu səbəbdən Məlik Ağayev 18 avqust 2018-ci il tarixdə mobil telefon nömrəsini bağlayıb.


Məlik Ağayev ertəsi gün səhər saatlarında bağ sahələrində işləyib və evə qayıtdıqda mobil telefonuna Tural Dadaşov və qohumu İbrahim Quliyev tərəfindən bir neçə dəfə zəng edildiyini görüb.


O, İbrahim Quliyevə zəng edərək nə baş verdiyini soruşub. İbrahim isə Tural Dadaşovun onu axtardığını, danışmaq istədiyini bildirib.


Buna görə də Məlik Ağayev Tural Dadaşova zəng edib. Tural Dadaşov onu Xaçmaz rayonu, Nərəcan kəndinə gəlməsini tələb edib.


Bu səbəbdən Məlik Ağayev özünə məxsus “VAZ 2107” markalı avtomobillə Nərəcan kəndinə gedib. Orada Tural Dadaşovla görüşüb.


Burada Tural Dadaşov rahat söhbət etmək üçün birlikdə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən “İzmir” kafesinin həyətinə gəliblər. Onlar kafenin “2” nömrəli yay kölgəliyində əyləşərək çay sifariş veriblər.


Söhbət zamanı Tural Dadaşov avtomobilini ona verməsini, əks təqdirdə avtomobilinə narkotik vasitə ataraq onu həbs etdirəcəyini, anasının polis şöbəsinin yollarında qalıb, polis əməkdaşları qarşısında yalvaracağını, qohumlarının şəkillərini yaymaqla təhdid edib.


Bu təhdidlərdən sonra Tural Dadaşov Məlik Ağayevin və anasının ünvanına nalayiq ifadələr işlədib. Turalın bu hərəkətindən Məlik Ağayev əsəbiləşib.


Buna görə də o, Tural Dadaşovu öldürmək qərarına gəlib. Bu məqsədlə oturduğu stuldan qalxaraq özündə olan bıçaqla Tural Dadaşova çoxsaylı zərbələr endirib.


Məlik Ağayev ümumilikdə Tural Dadaşova 21 dəfə bıçaq xəsarət yetirib. Tural Dadaşov aldığı xəsarətdən ölüb. Polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törədən Məlik Ağayev həbs edilib.

 
İstintaq orqanı tərəfindən Məlik Ağayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmənin hökmü ilə Məlik Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.


Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Zərərçəkmiş tərəf cəzanın həddindən artıq yüngül olmasından şikayətçi olublar. Zərərçəkmiş şəxsin hüquqi varisi Məlik Ağayevin cəzasının ağırlaşdırılmasını istəyib.


Hökmdən təqsirləndirilən Məlik Ağayev də narazı qalıb. O, mərhumu öldürmək fikri olmadığını qeyd edib. Bildirib ki, mərhumu bıçaqla vurandan sonra onu xəstəxanaya çatdırmaq üçün köməyə adam çağırıb. O, sonra əməlindən peşman olmasını, polisə könüllü təslim olmasını yüngülləşdirən hal kimi qəbul edilməsini xahiş edib.


Məlik Ağayev əməlini Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini istəyib.


Hər iki tərəfin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Vidadi Cəfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib.


Qərara görə, hər iki tərəfin şikayəti təmin olunmayıb.


Bu qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Elşad İsayev kasasiya şikayəti verib. O, ağırlaşdırıcı halların müəyyən olunması üçün Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsinin, işin hallarının yenidən araşdırılması üçün cinayət işinin apelyasiya instansiyasına qaytarılmasını istəyib.


Məhkum Məlik Ağayevin vəkili də kasasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci maddəsini tövsif ediilməsini istəyib.


Hər iki tərəfin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.


Qərara görə, həm zərərçəkmiş tərəfin, həm də təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İranda hərbi təlim zamanı 19 nəfər ölüb, 15 nəfər yaralanıb

Next Post

Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

Azərbaycanda sosial yardım 1 il müddətinə təyin ediləcək

“Bakı Metropoliteni”: Metroda cərimələrin tətbiqinə ehtiyac yoxdur

"Bakı Metropoliteni": Metroda cərimələrin tətbiqinə ehtiyac yoxdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.