"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Karantində yazılan cərimələri ödəməyənlər həbs ediləcək

03 İyun 2020 - 09:18
in CƏMİYYƏT

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanıb. Cəriməni ödəməyən şəxs inzibati qaydada həbs də edilə bilər.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 Elchi.az-ın xəbərinə görə, cərimə olunan və cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.


Cəriməni ödəməyənlərlə bağlı hansı tədbirlər görüləcək?

 
Vəkil Anar Məmişov saytımıza açıqlamasında bildirib ki, məhkəmə qərarından sonra məcburi icranın müxtəlif üsulları var: “İlk olaraq əməkhaqqına yönləndirilir. Əgər rəsmi əmək haqqı yoxdursa, əmlakına, bankdakı puluna yönləndirilə bilər. İcra orqanı tərəfindən vətəndaşın rəsmi maaşı olmasa da aylıq gəlirinə baxıla, həmin gəlirdən tutula bilər”.

 
Vəkil işləməyən, adına əmlak olmayan şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib: “İşləməyən, gəliri olmayan şəxsə icra orqanı tərəfindən xəbərdarlıq edilir. Əgər şəxs cəriməni yenə ödəmirsə, bu zaman inzibati qaydada həbs qərarı çıxarılır. Bununla da inzibati cəriməni inzibati həbs əvəz edir”.

 
Qeyd edək ki, karantin rejimini pozan minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

 
Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər. Lakin qərarla razılaşmayaraq protokol tərtib edən orqanlara qarşı da iddialar qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.

İyunun 1-dən başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.

 
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək  cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.

 
Cəriməni ödəməyən şəxslərlə bağlı inzibati qaydada 1 ay müddətinə həbs qərarı çıxarıla bilər.(musavat.com)

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötdü

Next Post

Gəncədə dəhşətli qətl: 34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Gəncədə dəhşətli qətl: 34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü

Gəncədə dəhşətli qətl: 34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.