"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi

03 Avqust 2020 - 15:13
in CƏMİYYƏT

Azərbaycanda koronavirus pandemiyasına qarşı tətbiq edilən karantin rejimi çərçivəsində Bakı başda olmaqla, bir sıra şəhər və rayonlarda vətəndaşların SMS-icazə və ya icaze.gov.az portalında işinə dair icazə əsasında hərəkət etməsi mümkündür.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq


Əks halda, karantin qaydalarının icrasına nəzarət edən polis əməkdaşı həmin şəxsi İnzibati Xətalar Məcəlləsinə görə cərimə edir. Bu müddət ərzində əsassız olaraq cərimələndiklərini iddia edən vətəndaşlar da olub. Onlardan biri belə protokolun ləğvinə nail ola bilib.


Qafqazinfo xəbər verir ki, Quba rayon sakini olan və Bakıda bankların birində sürücü işləyən şəxs Quba Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində polis əməkdaşının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə  tərtib etdiyi protokolun ləğv edilməsini istəyib.


Həmin şəxs iddia ərizəsində bildirib ki, işlədiyi banka məxsus “Mitsubishi L200” markalı avtomobillə hərəkət edərkən, Ramana qəsəbəsinin çıxışından aeroport yoluna doğru gedərkən yol patrul xidməti tərəfindən qurulmuş postda saxlanılıb.


Ondan karantinlə əlaqədar evdən çıxmaqla bağlı icazəsinin olub-olmadığı soruşulub. O isə bankda sürücü işlədiyini bildirib və bununla bağlı iş icazəsini rəsmi qaydada təqdim edib. Buna baxmayaraq, polis əməkdaşı barəsində İXM-nin 211-ci maddəsinin tələbinin pozulması ilə bağlı qərar qəbul edib.


Həmin qərarın surəti isə sonda ona təqdim edilməyib. Yalnız həmin gün ərzində inzibati xəta haqqında protokolun tərtib olunması haqda mobil telefonuna SMS göndərilib. 


İddiaçı şəxs qeyd edib ki, heç bir inzibati xəta törətmədiyindən əsassız olaraq barəsində qəbul edilmiş protokol ləğv edilməlidir. 


İşə baxılmasının yeri və vaxtı barədə protokol tərtib edən polis əməkdaşına və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə məlumat verilsə də, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməyib və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verilməyib. Belə olan halda, məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edib. 


Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir.


Belə ki, iş sənədlərinə əlavə edilmiş Elektron Hökumətin İnkişaf Mərkəzinin icaza.e-qov.az sənədin surətindən görünür ki, iddiaçı şəxsə cərimə protokolu yazıldığı müddətdə icazə verilib. 


Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, DİN BDYPİ tərəfindən tərtib edilmiş protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün DİN BDYPİ-nə göndərilməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Operativ Qərargah brifinq keçirəcək – Qərar verilir

Next Post

Ermənilərdən Azərbaycan Müdafiə Nazirliyinə qarşı TƏXRİBAT

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Ermənilərdən Azərbaycan Müdafiə Nazirliyinə qarşı TƏXRİBAT

Ermənilərdən Azərbaycan Müdafiə Nazirliyinə qarşı TƏXRİBAT

SMS icazə ləğv edildi — RƏSMİ

SMS icazə ləğv edildi — RƏSMİ

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.