Baş verənlər Vaşinqtona etimadı azaldır”; ekspert: “Bu, o deməkdir ki, ABŞ ən azı Cənubi Qafqaz üçün
ədalətli münsif ola bilməz…”
“Amerikanın Səsi” radiosu ermənilərin maraqlarını qabardan film çəkib. Ermənistan mediasının xəbərinə görə, “Qarabağ: Müharibə təhlükəsi altında sülh şəraitində həyat” adlanan film Qarabağ ermənilərinin mövqeyini əks etdirir. Hələlik film haqqında, ssenari müəllifi, rejissoru, maliyyə mənbəyi haqqında heç bir məlumat verilmir. Ancaq artıq filmdən bəzi sitatlar yayılıb.
Onlar Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gedən danışıqlar barədə heç eşitmək belə istəmirlər: “Beynəlxalq ictimaiyyət üçün sadəcə coğrafi ərazi kimi görünən bu yerlər bizlər üçün müqəddəs vətəndir”- deyə, filmin müəllifi Dağlıq Qarabağda yaşayan ermənilərdən birinin fikrindən sitat gətirir.
Qeyd edək ki, “Amerikanın Səsi” ABŞ Konqresi tərəfindən maliyyələşir. “Amerikanın Səsi”nin nizamnaməsinə əsasən yayımların məqsədi “Amerika və dünya haqda xaricdəki auditoriyaya multimedia formatında səhih, obyektiv və balanslı məlumat verməklə azadlıq və demokratiyanı təşviq etməkdir”.
ABŞ dövlətinin nəzarətində olan bir qurumun bu şəkildə ermənilərin maraqlarına uyğun film istehsal etməsi son zamanlar ABŞ-Azərbaycan münasibətlərinin soyuması, erməni lobbisinin təzyiqlərinin də rol oynadığı qeyd olunur. Yeri gəlmişkən, bu il mayın 8-də ABŞ-ın ən böyük ştatı olan Kaliforniya ştatının yerli assambleyası Dağlıq Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul edib. ABŞ Minsk Qrupu həmsədrlərindən biridir. Və bu addım Vaşinqtonla Bakı arasında münasibətlərə təsir edəcək.

Politoloq Qabil Hüseynli deyir ki, ABŞ hökumətinin erməni məsələsinə münasibəti digər dünya ölkələrindəki münaqişələrə münasibətlə müqayisədə fərqlidir: “Açığını deyim ki, dünya siyasətində hadisələrə obyektiv münasibəti ilə seçilib. Bütün münaqişəli məsələlərdə obyektiv mövqe tutmağa çalışıb. Bunu Balkanlarda görmüşük. İndi də, məsələn, Fələstin-İsrail münaqişəsində görürük. İŞİD məsələsində də ortaya, demək olar ki, obyektiv mövqe qoyulub. Amma uzun müddətdir ki, Amerika Dağlıq Qarabağ problemi məsələsində tamamilə yanlış mövqe tutur. Adam təsəvvür edə bilmir ki, bu qədər böyük dövlət, bu və ya digər hadisə haqda kifayət qədər informasiya toplamaq və onu obyektiv təhlil etmək imkanları olan bir dövlətin Dağlıq Qarabağ məsələsində ermənilərin dedikləri məsələləri təkrarlaması anlaşılan deyil”.
Politoloqun fikrincə, bu məsələdə erməni lobbisi və Bakı-Vaşinqton münasibətlərindən çox, ermənilərə münasibət daha çox rol oynayır: “Bu məsələni sırf erməni lobbiçiliyi ilə bağlamaq olmaz. Zənnimcə, burda son dövrlərdə soyuqlaşma hiss edilən Amerika-Azərbaycan münasibətləri ilə bağlamaq olmaz. Çünki bu yanlışlıq uzun illərdir ki, davam edir. Ermənilər deyəndə ki, Dağlıq Qarabağda ”Artsax xalqı milli-azadlıq hərəkatına qalxıb və qalib gəlib”, amerikalılar kor-koranə buna oxşar fikirləri təkrarlayır. Ermənilər deyəndə ki, “biz daha mədəni xalqıq, azərbaycanlılar geridə qalıb”, üstüörtülü formada olsa buna “hə” deyənlər tapılır. Yəni Amerika düzgün yolda olmaya-olmaya bu bölgənin problemləri ilə məşğul olmaq istəyir. Təbii ki, bu məsələdə də uzun illərdir yanlış mövqedə dayanıblar”.
Q.Hüseynli deyir ki, bu hadisə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli vasitəçi olmaq roluna kölgə salır və Vaşinqtona olan inamı azaldır: “Amerikanın bu filmi çəkməsi sülhyaratma prosesinə yardım etmir. Əksinə, millətlər arası yadlaşmanı və münaqişəni daha da dərinləşdirir. Bu o deməkdir ki, Amerikadan ən azından Cənubi Qafqaz üçün ədalətli münsif ola bilməz. Çünki o, indiyə qədər tərəf tutmaqda davam edir. Məncə, belə tərəftutma dünyanın bir nömrəli dövlətinə və bir çox göstəriciləri ilə nümunəvi reputasiya qazanmış bir ölkəyə qətiyyən başucalığı gətirmir. Belə hərəkətlər nəticəsində vaxtı ilə Azərbaycanda bəlli bir müsbət reputasiyası olan Amerika dövlətini indi tərəf tutan, subyektiv mülahizələrlə hərəkət edən və bu mənada ən azından Qafqazda yeni dünya düzəninə töhfə vermək imkanına malik olmayan bir dövlət kimi tanıyırlar. Azərbaycanı Rusiyaya yaxınlaşması da amerikalıların subyektiv düşüncələrini qidalandıran amillər sırasına da