"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Balalara insan kapitalı və mühit…

07 Sentyabr 2020 - 14:35
in CƏMİYYƏT

Hər kəs klan savaşı, iç siyasət, hakimiyyət döyüşü edə-edə, başı “işə” qarışıb. Iki şey unudulub. Xalq və balalar.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bu ikisi olmasa nə dövlət olar, nə ailə, nə millət, nə də sərvət. Yəni uğruna “savaş” gedən heç nə olmaz.

Sözarası: Yazı üçün bu həm də son sözdür. Standartımıza əməl etməyə məcburam, səbirsiz, əşi, mız sevən bəzi insanlara da, məmurlara da sözü başqa cür eşitdirmək olmaz.

Başlayaq xalqdan. Xalq insanlardan ibarətdir. Onun sözü, səsi və istəyi olmazsa dövlət qurmaq mümkün deyil. Amma bu da əlahəzrət faktdır ki, bizdə seçkiyəcən və seçki günü yalvarılır xalqa, sonra hərə gedir öz işinin dalıyca.

Xalq o qədər də yaxşı olmayan güzaranı üçün deyinə-deyinə nəsə edir. Hətta sürünür. Haqqına girilir, əziyyət çəkir, hədələnir. Xeyli adam da xalqın olanları dövlətdən oğurlamaqla kef çəkir. Bir mühim məqam var. Xalq, insanlar bir-birinə kürəyini dayayıb durub. Guya dövlət olanlarsa bir-birinin kürəyindən vurub, malını oğurlayır, satır və ailəsinə əl uzadır. Bu qamarlayan, yığan, sataşan, vuran, tutan əl uzun illər çox güclü olur. Hamı onu qorxudan “sevir”. Əslində həm də o məhşur cizgi filmindəki kimi barmaq silkələyirlər, “Bir dayan!”….

…Və gün gəlir o dayanır.

Əlindəki sərvətini alırlar. Varidatı azalır. Vəzifədən adamları qovulur. Özünü də qandallayıb məhkəmə qarşısına çıxarırlar. Bu “nağıl adamların” məhkəməsini az qala küçə itinə, pişiyinə belə açıq edirlər. Aparıb salırlar içəri sonra.

Təsəvvür edirsinizmi? Ömrü boyu zəhmət görməyən, ütülü əyin-başını, brend geyimini çıxarıb sənə olsa-olsa bir idman dəsti geydirirlər. Razindəki “levıy” sexlərdə tikilmiş idman dəsti. Belə oldu, keçmiş millət vəkili Ilham Əliyevin durumu. Özünün də, qudasının da…

*
…Düzü Azərbaycan kişisi ağlayanda başıma dünya uçur. Elə bilirəm hər yer dağılır, ya da dağılmaq üzrədir. Bu qədər zirvə idi bu millətdə, xarakter və kişilik.

Amma qız balasına görə məclis edən, saxlanılacağı ağlına gəlməyən sabiq deputat və bəlli müəllimin kürəkəni Ilham Əliyevi ağlayan görəndə məətəl qaldım. Zamanında adam tutduran, biznes quran, biznes “vuran”, adam hədələyən , “kefimiz yaxşıdı” deyən biri, niyə qəfildən ağlasın axı… Yadıma BALA düşdü, bala…

O, ciddi-ciddi balasından nigarandır. Adam vəziyyəti təzə başa düşüb, əlçatmaz, toxunulmazlıq erasının bitdiyini anlayıb.Və baxır ki, balasına heç nə qoymayıb. Haramla qaznılan sərvətdən başqa. Ilham Əliyevin bu günü məncə hamıya dərsdir. Varlı, vəzifəli kişilərin, hamısına. Balanıza təkcə var dövlət, kapital yox, həm də mühit və insan kapitalı qoyun. Çünki sizə edə bilmədiyini, sizdən ala bilmədiyini, bir sözlə qisasını, mütlıq balalarınızdan alacaq pislikr etdiklərinizin balaları. Bu çox dəqiq və sadə məntiqdir. Heç nə təsadüf deyil. Hətta təsadüfün özü də vacib zərurətdir. Yəni o təsadüf ki, olur, o mütləq olmalıdır!

Gələk ona ki, az qala Ilham müəllimin müdafiəsinə qalxacaqdım. Ölkənin iki rəh bərindən, Prezident və vitse-prezidentsən üzr istəyib, qalanlara barmaq silkələməsəydi. Özü cəza kəsəcəyini deməsəydi.

Biri sayğıdəyərə desin ki, barmaq mediası öldü. Yaşasın milli Azərbaycan mediası.

Və o, ailəsinin etdiyi sayğısızlıqdan yana dövlət rəhbərliyindən, xslqdam və mediadan üzr dilənməli idi. Etmədi! Demək ki, səmimi deyildi. Demək ki, bu adamlara hələ inanmaq, yenidən güvənib, etibar etmək olmaz. Deməli hələ təhlükə var.

Hər kəsdən üzr istəsə idi. Bu bəlkə də onun balalarının gələcək insan və təhlükəsizlik kapitalı ola bilərdi. Amma deyəsən müəllim hələlik bu nüansı dəqiq anlamayıb. Balaları üçün qorxsa, sadəcə həyatlarını yaşamağa dövlət başçısından izn istəsə də, buna söz versə də, yenilmələrində dövlətə dəstək duran xalqa hirslidirlər. Bu qədər kişini, ailəsi qarşısında aciz günə qoymalarının mahiyyətini hələ anlamayıblar.

Nə deyim, bəlkə Azərbaycan kişilərinin yenə əvvəlki kimi ucalması üçün, Ilham müəllim kimi bir neçə kişini elə belə ağlatmaq gərəkdir.
Odur ki, ağlayın, Ilham müəllim, ağlayın! Təmizlənmək üçün içindəki çirki necəsə axıda gərək adam, ən yaxşı yolu ağlamaqdır, hətta hönkürüb ağlayın!

…Və hər kəs klanlar savaşı, iç siyasət, hakimiyyət döyüşü edə-edə, başı işə qarışıb. Iki şey unudulub. Xalq və balalar…

Jalə Mütəllimova

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qüdrət Həsənquliyev: “Elementar tərbiyəsi olmayan insanlar…

Next Post

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Bakıda şagird özünü məktəbin üçüncü mərtəbəsindən atıb

Azərbaycanda daha 89 yoluxma qeydə alınıb, 3 nəfər ölüb

Azərbaycanda daha 89 yoluxma qeydə alınıb, 3 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.