"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Azərbaycanda yoluxma sayında artımı oktyabrda görə bilərik” — İnfeksionist

23 Sentyabr 2020 - 09:16
in CƏMİYYƏT

Ölkəmizdə virusa yoluxanların sayında azalma müşahidə edilsə də, dərs ili başlayandan bu günə qədər aralarında şagird və işçi heyət olan 121 nəfərdə xəstəlik aşkar edilib

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 
Son bir neçə gündə Azərbaycanda koronavirusa yoluxanların sayında azalma müşahidə edilir. Təkcə sentyabrın 21-də 92 yoluxma sayı müşahidə edilib, 1 nəfər vəfat edib. Bununla belə, 15 sentyabrda dərs ili başlayandan bu günə qədər aralarında şagird və işçi heyət olan 121 nəfərdə koronavirus aşkar edilib. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, 1 həftə ərzində 95 şagird və 26 işçi, o cümlədən Quba rayonu Qamqam kənd orta məktəbində 8 müəllim virusa yoluxub. Buna görə də həmin məktəbdə əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib. Güman edilir ki, müəllimlər arasında kütləvi yoluxmanın səbəbi sosial məsafənin qorunmaması və şəxsi gigiyena vasitələrindən istifadə edilməməsidir. Bakıda müəllim və şagirdlərdə koronavirusun aşkar edilməsi səbəbindən 4 sinfin fəaliyyəti distant formaya keçirilib. Qeydə alınmış yoluxmaların ailədaxili şəraitdə baş verməsi müəyyən edilib.


İnfeksionist Vasif Əliyev qeyd etdi ki, hazırda vəziyyət demək olar ki, nəzarət altındadır: “Göründüyü kimi, statistikada ciddi bir artım yoxdur. Bu cür davam etsə, yoluxma sayı getdikcə daha da azalar. Bununla belə, düşünürəm ki, yoluxma sayında artımı oktyabr ayının əvvəllərində görə bilərik. Amma bir daha qeyd edirəm ki, hazırda vəziyyət stabildir”.


Professor Adil Qeybulla isə bildirdi ki, virusla bağlı ən dramatik durum payız mövsümündədir: “Çünki ənənəvi olaraq hər il payızda mövsümi soyuqdəymə xəstəlikləri baş qaldırır. İndi də bu xəstəliklər koronavirusa qarışacaq və vəziyyət daha da çətinləşəcək. Əhalinin özü də məsələyə məsuliyyətli yanaşmalıdır. Müşahidə edirik ki, vətəndaşlar xeyli məsuliyyətsizdir. Dəfələrlə şahidi oluruq ki, ictimai nəqliyyatda, o cümlədən avtobuslarda insanlar maskanı düzgün taxmır. Maska çox hallarda çənənin altında, ağız-burun açıq vəziyyətdə olur. Və yaxud ümumiyyətlə, maskasız otururlar. Bütün bunlar məsuliyyətsizlikdir. Qapalı mühitdə mütləq maskadan istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Bunlar ən sadə qaydalardır. Əlbəttə ki, əgər bu qaydalar pozulursa, virusa yoluxma üçün bir şansdır”.


Vaksinlə bağlı vəziyyətə gəlincə, bir müddət əvvəl Rusiya tərəfi açıqlama yayaraq bildirmişdi ki, Azərbaycan da “Sputnik” vaksini üçün müraciət edib. Amma bu rəsmi şəkildə təkzib edildi.  Bir neçə gün əvvəl Azərbaycan Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVİ təşkilatı (Global Alliance for Vaccines) “COVİD-19″ peyvəndinin təminatı haqqında sazişlər imzalayıblar. ÜST tərəfindən təsdiq edilmiş vaksin istehsalından sonra digər iştirakçı dövlətlərlə yanaşı, Azərbaycan da vaksinlə təmin olunacaq. Birinci mərhələdə əhalinin 20%-nin peyvənd edilməsi epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. Məlumatda qeyd edilir ki, vaksin virusdan  50% qorunmaya və minimum yan təsirlərə malik olmalıdır. Qeyd edək ki, GAVI təşkilatı 2000-ci ildə yaradılıb və mərkəzi ofisi Cenevrədə yerləşir.


Bəs azərbaycanlı ekspertlər ÜST-in təsdiq etdiyi vaksini necə dəyərləndirir? Bu vaksin bizim üçün nə qədər effektiv ola bilər?


Bu barədə “Yeni Müsavat”a professor Adil Qeybulla danışıb: “Məlum olduğu kimi, vaksin öldürülmüş və ya zəifləşdilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. İmmunsistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller yaradır (humoral immunitet). Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Vaksinin əsas məqsədi orqanizmdə erkən dövrdə güclü immunitet yaratmaqdır. Vaksinasiyaya əsas göstəriş kimi yoluxucu xəstəliklərin yayılma təhlükəsinin artması, eləcə də əhali arasında epidemiyaların baş verməsi hesab edilir. Bu günə qədər bir çox xəstəliklərə qarşı vaksin yaradılıb. Onların arasında difteriya, vəba, qızılca xəstəliyinə qarşı tətbiq edilən vaksinləri misal göstərmək olar. Lakin tibbə vaksinlərin əks göstərişləri də məlumdur. Məsələn, zamanında Afrikada  ”denq qızdırması” yayılanda vaksindən istifadə edilmişdi. Lakin sonradan gördülər ki, vaksin olunan insanlar arasında ölüm, ağırlaşmalar qeydə alınır. Nəticədə həmin vaksindən imtina olundu, daha sonra isə remdesevir dərmanı kəşf edildi və insanlar sağalmağa başladı. Koronavirus daima mutasiyaya uğrayır. Hepatit B, SPİD, HİV virusları da bu cürdür. Baxın, bu virusların vaksini varmı? Ona görə də koronavirusa qarşı vaksinasiyanın da məsələnin həllində bir işə yarayacağı mənim üçün şübhəli olaraq qalır. Digər tərəfdən, əgər koronavirus həqiqətən təbii virusdursa, onun çirkli prosesi maksimum 9 ay ola bilər. Əgər virus gələn il, o biri il də qalacaqsa, deməli, laboratoriya şəraitində hazırlanıb və bu, artıq ciddi bir məsələdir. Bu baxımdan, düşünürəm ki, bu kimi məsələlərdə diqqətli olmaq lazımdır. ÜST qeyd olunan vaksinin effektivliyi və təhlükəsizliyi haqda birmənalı rəy verməsə, biz hələlik bu vaksinə getməməliyik. Əvvəlcə digər ölkələr bunu tətbiq və təsdiq etsin, vəziyyəti müşahidə edək, sonra qərar verək”.


İnfeksionist Vasif Əliyev də yeni vaksin barəsində öz dəyərləndirməsini qeyd edib: “Vaksinin nə dərəcədə etibarlı, təhlükəsiz olacağı, yaxın və uzun müddət qoruyucu olması barədə konkret fikir yoxdur. Çünki hələlik araşdırma mərhələsindədir. Yəni bu vaksin sınaqlardan keçirilməlidir, hansı yaş qrupuna tətbiq edilməsi, effektiv olması, əks təsirləri və eyni zamanda qoruyucu təsirləri barədə dəqiq nəticəyə gəldikdən sonra kütləvi şəkildə insanlar üzərində tətbiq edilə bilər. Bu baxımdan yanvar ayından sonra vaksin haqqında dəqiq nəticə əldə olunacaqmı, biz də ondan istifadə edəcəyikmi, bu bir qədər sual altındadır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Təhsil Nazirliyindən koronavirusun aşkarlandığı şagirdlərlə bağlı məlumat

Next Post

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı

Ölkədə internetin sürəti niyə zəifdir? — AÇIQLAMA

Ölkədə internetin sürəti niyə zəifdir? — AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.