"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə rəsmi açıqlama

23 Sentyabr 2020 - 12:21
in DÜNYA

Azərbaycanın Rusiyadakı səfirliyi bu ilin iyunun 15-də Dağıstanda saxlanılan azərbaycanlıların durumu barədə açıqlama yayıb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Səfirlikdən Elchi.az-a daxil olan açıqlama deyilir:

“Cari il sentyabrın 2-3-də konsul, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Dağıstanda baş vermiş məlum insident nəticəsində saxlanılan Azərbaycan Respublikasının vətəndaşları ilə görüşmək üçün Dərbənd şəhərinə ezam olunublar. Onlar Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Dağıstan Respublikası üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 7 nəfər vətəndaşımız – Əziz Fərəczadə, Rövşən Hüseynov, Elmar Musayev, Emin İmaməliyev, Tural Qiyasov, Nahid Ağayev və Elbrus Əhmədovla görüşüblər.

Bütün görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını bildiriblər. Səfirliyin əməkdaşları tərəfindən isə məsələnin diqqət mərkəzində saxlanıldığı, vətəndaşlarımızın lazımi hüquqi yardımla təmin olunacağı və hazırda bu istiqamətdə müvafiq işlərin davam etdirildiyi barədə həmyerlilərimizə məlumat verilib.

Bildiririk ki, səfirlik tərəfindən həmyerlilərimizin hüquqlarının qorunması məqsədilə Dağıstanda çalışan vəkil R.Rabadanov cəlb olunub. Ona təcridxanada saxlanılan 10 nəfərin ibtidai istintaqı zamanı hüquqlarının qorunması tapşırılıb. Görülmüş işlər nəticəsində İstintaq Təcridxanasında saxlanılanlardan Əziz Fərəczadə, Elmar Musayev, Emin İmaməliyev və Elbrus Əhmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Təcridxanada qalan digər üç nəfər – Rövşən Hüseynov, Tural Qiyasov və Nahid Ağayevin işi də səfirliyin və vəkilin diqqətindədir. Onların hüquqlarının təmin edilməsi istiqamətində bütün lazımi tədbirlər görülür.

Vəkil Murad Vəlixanov iyul ayında səfirliyə müraciət edərək həmyerlilərimizi müdafiə etmək təşəbbüsünü irəli sürüb, saxlanılan şəxslərlə bağlı müvafiq sənədlərin ona verilməsini xahiş edib. Bu təşəbbüs dəstəklənib və vəkilə lazımi sənədlər təqdim olunub.

Səfirliyin sentyabrın 17-də yayılmış məlumatında qeyd edildiyi kimi, Moskva şəhərinin Troitsk rayon məhkəməsində keçirilmiş iclasda Azərbaycan Respublikasının dörd vətəndaşı elə məhkəmə zalından buraxılıb və onlardan Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb.

Diqqətə çatdırmaq istəyirik ki, səfirlik öz imkanları və səlahiyyətləri çərçivəsində vətəndaşlarımızın hüquqlarının qorunması üçün bütün mümkün addımları atır. Görülmüş hər bir iş, atılmış addımlar barəsində də KİV-ə məlumat verilməsini məqsədəuyğun hesab etmir. Bu kimi həssas, insan taleyinə aid mövzulara toxunarkən, ictimaiyyətə həqiqəti əks etdirən dolğun məlumat vermək üçün səfirliyin mətbuat xidməti KİV nümayəndələri ilə əməkdaşlığa hər zaman açıqdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

65 yaşdan yuxarı şəxslərlə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Next Post

AMEA-nın saytının baş redaktoru işdən çıxdı — FOTO

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
AMEA-nın saytının baş redaktoru işdən çıxdı — FOTO

AMEA-nın saytının baş redaktoru işdən çıxdı — FOTO

Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Azərbaycanın artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.