"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA

12 Noyabr 2020 - 15:09
in CƏMİYYƏT, MANŞET

Vətən Müharibəsində şəhid olmuş əsgər və zabitlərin ailə üzvlərinin və müharibə əlillərinin daim dəstəklə təmin olunmaları üçün verdiyi tapşırığa əsasən görüləcək tədbirlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iclas keçirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, həmin görüşdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.S.Babayev qeyd edib ki, Vətən Müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.İclasda şəhid ailələri və Vətən Müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib:• Şəhid ailələrinin, müharibə əlillərinin və digər iştirakçılarının özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işlərinin daha da genişləndirilməsi;• Şəhid ailələrinin və müharibə əlillərinin maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstəyin təmin olunması;• Şəhid ailələrinin üzvlərindən və müharibə əlillərindən, müharibə iştirakçılarından işsiz və işaxtaran olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlara vakansiya məlumat bazasında olan iş yerlərinin təklif edilməsi, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, DOST İş mərkəzi tərəfindən də onlar üçün uyğun, münasib vakansiyaların təqdim edilməsi;• Şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və digər iştirakçılarının məşğulluğunun təşviqi məqsədilə bu sahədə işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərə dair təkliflərin hazırlanması, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının əsasən bu istiqamətdə tətbiqi;• Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələrinin bu məqsədlə tam gücü ilə işə salınması;• Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində qurulmuş yüksək texnologiyalı protezlərin istehsalı sexində müharibə əlilləri üçün funksional protezlərin, bioprotezlərin istehsalına başlanması;• Müharibə əlillərinin reabilitasiya vasitələri ilə təminatı işlərinin operativ həyata keçirilməsi;• Erməni terroruna məruz qalmış mülki şəxslərə ehtiyac duyduqları sosial dəstəyin göstərilməsi, onların terror nəticəsində ziyan dəymiş, dağılmış kiçik müəssisələrinin bərpasına özünüməşğulluq proqramı çərçivəsində dəstək verilməsi, habelə erməni terroru nəticəsində heyvanları tələf olmuş mülki şəxslərə özünüməşğulluq proqramı çərçivəsində heyvanların alınıb verilməsi və s.İclasda qeyd olunan istiqamətlərdə sosial dəstək tədbirlərinin təşkili və bu işlərin operativ və keyfiyyətli aparılmasına nəzarət məqsədilə işçi qrupların yaradılması qərara alınıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

DTX-nin Şuşa şəhər idarəsi təsis edildi

Next Post

İşğaldan azad edilən rayonların komendantları kimlərdir?

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
İşğaldan azad edilən rayonların komendantları kimlərdir?

İşğaldan azad edilən rayonların komendantları kimlərdir?

Rusiya sülhməramlı kontingentin xərclərini özü qarşılayacaq

Rusiya sülhməramlı kontingentin xərclərini özü qarşılayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.