"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

18 Dekabr 2020 - 20:23
in CƏMİYYƏT
MÜHARİBƏNİN GÖRÜNMƏYƏN QƏHRƏMANLARI

                     (Hərbi həkimlərimizə ithaf olunur)

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Mən əslində Allahın ağxalatlı elçilərinə – hərbi həkimlərimizə həyatda qalmasının tək səbəbi kimi baxan və ölənədək onların “əl izini” ömrünün ən mükəmməl, ən maraqlı tablosu kimi öz canında daşıyan adamlardan danışıram. Bu adamlar o tabloların son mənzilədək uzanan mənasını sonralar bəzən heç vaxt yada düşməyən, ya da gözə görünməyən müəlliflərinin izni, imzası və xeyir-duası ilə yaşayır. Amma yada düşsə də, düşməsə də, gözə görünsə də, görünməsə də, bu bəyaz libaslı “rəssamların ” hər biri yaşam səbəbinə çevrildiyi insanlardan ötrü yeni bir rəngli həyatın, yeni bir rəngli dünyanın başlanğıc nöqtəsinə çevrilir. Axı öz səngərində düşmənlə üz-üzə, göz-gözə döyüşən və yaralanan hər bir əsgər sonradan hərbi həkimlərimizin səngərində növbəti bir savaşa atılır, onlarla çiyin-çiyinə verib yeni bir düşmənlə – ölümlə döyüşür…

Mən bir dəfə həkimin xərəkdə asta-asta huşunu itirən yaralı əsgəri necə qeyri-adi doğmalıqla sillələdiyini öz gözlərimlə görmüşdüm və onun uzun müddət qulaqlarımdan çəkilməyən həyacanlı səsini eşidəndə özümü əsl döyüş meydanında hiss etmişdim…

Havanı qılınc kimi kəsib doğrayan, səmanın boz-bulanıq simasına atdığı qanlı çapıqları ilə qorxunc bir  melodiya yaradan drijor çubuğu! Və bu melodiyanın hər bir hecasını o vaxtadək heç kimin görmədiyi, eşitmədiyi bir tərzdə tarixin not dəftərinə köçürən ansanbl! Fərqli silahların fərqli harmoniyası! Mərmilərin sərt və kobud vurğusu! Güllələrin gözə görünməyən xaotik və iddialı rəqsi! Yaralıların qeybdən gələn major səsi! Və dərhal öz “silah-sursatı” ilə bu ansanblın sıralarına qatılan, yaralıların asta-asta öləziyən hüznlü səsini batmağa qoymayan hərbi həkimlərimizin ilahi nidası: “Ey dostum! Təslim olma! Yaşamaq istəyirsənsə gözlərini aç! Mənə güvən! Həyatını mənə etibar et!..”

O həkimin xərəkdə huşunu itirən yaralı əsgəri necə qeyri-adi bir doğmalıqla sillələdiyini görəndə və onun həyacanlı səsini eşidəndə başa düşdüm ki, burada hər şey əsl döyüş meydanında olduğu kimidi. Burada yaralı hərbçi ilə silahdaşı arasındakı dialoq da əslində iki sinədə döyünən bir ürəyin müəllifliyi – hərbi həkimlərimizin diqtəsi ilə yazılır!..

İki min yeddi yüz səksən üç!..

Mən öz sıralarımızda kiminsə bundan böyük rəqəm tanıdığına inanmıram! Mən içimizdən kiminsə ürək eləyib bu rəqəmə sadəcə statistik bir göstərici kimi baxmasını da təsəvvürümə gətirə bilmirəm!..

İki min yeddi yüz səksən üç!..

Çağdaş dünyamızdakı hər bir azərbaycanlının indiyədək üz-üzə gəldiyi, qarşılaşdığı ən böyük rəqəmdi bu! Həm böyük, həm də ağır! Mən əslində özünü bu ağır yükün altına atan, qırx dörd gün gecə-gündüz sinəsinilə bu rəqəmin qarşısını kəsən, onu indinin özündə də böyüməyə, artmağa qoymayan hərbi həkimlərimizdən danışmaq istəyidim! Hipokrat məqamını içdiyi hərbi andla cilalayan, hər bir yaralımızla yaralanan, hər bir Şəhidimizlə Şəhid olan, hər bir qazimizlə yenidən həyata qayıdan hərbi həkimlərimizdən!..

Axı qırx dörd günlük müharibədə cəbhə xəttinin, döyüş səngərinin bir adı da vardı – Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalı!

Müharibəli günlərimizdə bu nüfuzlu müalicə müəssisəsinə daxil olan ağır yaralıların az qala doğsan doqquz faizi məhz hərbi həkimlərimizin fövqəladə bacarığı və səyi nəticəsində yenidən ayağa qalxdı. Bəli! Məhz hərbi həkimlərimizin! O həkimlərimizin ki, qırx dörd gün ərzində heç qırx dörd saat öz evinə, öz ailəsinə baş çəkməmişdi; öz evinə, öz ailəsinə baş çəkə bilməmişdi; gecəsini gündüzünə qatıb qazilərimizin ağrı-acısına şərik çıxmışdı, qanı axan yaralarına məlhəm qoymuşdu. Nəticəsi özünü çox gözlətmədi: Savaş meydanında dünyaya nümunə olacaq bir ilkə cığır açan əsgərlərimiz kimi, hərbi həkimlərimiz də ən aşağı ölüm faizilə müharibə təcrübəsində, hərb təbabətində indiyədək qeydə alınmayan yeni bir rekorda imza atdılar.

Əslində məni bu müalicə ocağı ilə zaman-zaman doğmalaşdıran da öz vəzifəsinə vicdanla yanaşan, öz əməlində sağalan və sağlam gələcəyimizi yaşadan çiyni paqonlu həkimlərimiz olub: uzun illər öncə xidməti vəzifəmi yerinə yetirərkən aldığım çoxsaylı travma səbəbindən bəlkə də hamının öləcəyimə inandığı halda, yalnız bir hərbi həkimin fərdi bacarığı sayəsində on saatlıq cərrahi əməliyyatdan sağ-salamat çıxa bilmişdim. Mənimlə eyni taleyi bölüşən hərbi qulluqçularımızın sayı çoxdu, lap çox…

Ancaq bu müharibəli günlərdə adını həmişə fəxrlə çəkdiyim Baş Klinik Hospitalın ünvanına çamur atanlar da tapıldı! Bəzi kütləvi informasiya vasitələrində yer alan azsaylı yazılarda hərbi həkimlərimizin fədakar əməyinə kölgə salınırdı. Mən özümü bu tibb müəssisəsinin vəkili saymıram, ancaq üstümdə zəhməti olan hərbi həkimlərimizin təəssübünü çəkmək haqqımı hələ heç kimə güzəştə getməmişəm. Çünki bu tibb ocağı ilə mənəvi və ruhi bağlılığım o qədər ciddi və sıxdır ki, uzun illər ərzində formalaşmış təəssüratlarımın zədələnməsi indiki məqamda məndən ötrü hətta öz sağlamlığımın zədələnməsi anlamına qədər gedib çıxır. (Bununla belə heç nə və heç kim məni haqqı-ədaləti tapdalamağa vadar edə bilməz!) Görünür, iki gün əvvəl müayinə məqsədilə hospitala üz tutmağımın arxasında da əslində bu yazılarda yer alan qaranlıq məqamlara aydınlıq gətirmək istəyim dayanırmış!

O tənqidi fikirlərin əsl ünvanının – əsgərlərimizin yaralandığı andan dərhal sonra aparıldığı mülki xəstəxanaların adını çəkmək istəmirəm, amma bəz KİV nümayəndələrinin ya ucuz sensasiya yaratmaqla reytinq qazanmaq, ya da hansısa şübhəli maraqlar müqabilində kimlərinsə zəhmətini yerə vurmaq cəhdinə də etinasız qala bilmirəm. Axı müharibə dövründə bu cür hərəkətlərin mahiyyəti dəyişdiyi kimi, cəza şkalasındakı yeri də dəyişir.

Mən ictimai rəydə ciddi yanlışlığa səbəb olan şəxslərin cəzalandırılması fikrindən xeyli uzağam. Söhbət qırx dörd günlük savaşda hərbi həkimlərimizin – cəbhənin gözə görünməyən qəhrəmanlarının ağır, məsuliyyətli və müqəddəs əməyindən gedir. Axı qazandığımız qələbədə səngərdəki əsgərlərimiz kimi, tibb cəbhəsinin ön xəttində döyüş tapşırığını yerinə yetirən ağxalatlılarımızın da öz payı var. Amma onların müharibəsi hələ bitməyib; onların müharibəsi palatalardakı sonuncu yaralımız ayağa qalxanadək davam edəcək!

Onların müharibəsi bitəndə sonuncu qazimiz müalicəsini başa vurub doğmalarının yanına yollanacaq. Və üz tutduğu ünvana özü ilə birgə hərbi həkimlərimizin işıqlı adını da aparacaq. Kim bilir hələ bundan sonra daha neçə evə, daha neçə ailəyə, daha neçə ürəyə o şəfalı əllərin nurundan pay düşəcək…

İbrahim RÜSTƏMLİ,

əməkdar jurnalist

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib YENİLƏNİB

Next Post

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

Əli Həziquliyev: "İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir"

Paşinyan xalqa müraciət etdi və Köçəryanı yıxıb-sürüdü

Paşinyan: "Gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamalıyıq"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.