"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Millət vəkili Cavid Qurbanov və Baba Rzayev haqqında: “Bütün bunlar doğrudur, amma…”

09 Yanvar 2021 - 20:30
in SİYASƏT

“Onların müvafiq olaraq həmin sahələrə rəhbər təyin olunmasından sonra görün həmin istiqamətdə necə köklü dəyişikliklər baş verdi”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
– Qüdrət bəy, Prezidentin kadr islahatlarının davam etdiriləcəyi barədə son açıqlamasını necə qəbul etdiniz? Kadr islahatları ilə ciddi nəticələrə nail olmaq mümkündürmü?
– Əlbəttə, ölkədə bütün sahələri əhatə edən sistemli islahatların genişləndirilməsinə ehtiyac var. Amma onu da nəzərə almalıyıq ki, kadrlar hər şeyi həll etməsə də onlardan çox şey asılıdır. “Azərbaycan Dəmir Yolları” və “Azərenerji”dəki vəziyyətə diqqət yetirək. C.Qurbanov və B.Rzayevin müvafiq olaraq həmin sahələrə rəhbər təyin olunmasından sonra görün həmin istiqamətdə necə köklü dəyişikliklər baş verdi. Bu gün hər iki təşkilat, o cümlədən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi işğaldan azad olunmuş ərazilərdə böyük işlərə başlayıb, fədakarcasına çalışırlar. Bunları görüb qiymətləndirmək lazımdır. Kimsə deyə bilər ki, həmin sahələrə Prezident xüsusi  diqqət göstərir, maliyyə ilə təmin edir. Bütün bunlar doğrudur. Amma bunlarla yanaşı işin düzgün qurulması və təşkilatçılıq bacarığı da müstəsna əhəmiyyət kəsb edir. Şəxsən mən, müəyyən istisnalarla, son illər yüksək vəzifələrə təyin olunmuş kadrların fəaliyyətini qənaətbəxş hesab edirəm və kadr islahatları əlbəttə ki, davam etdirilməlidir. Bununla yanaşı elə problemlər var ki, bunları artıq köklü islahatlar nəticəsində həll etmək mümkündür.
– Prezidentin Milli Şura haqqında dediklərinə də münasibətinizi bilmək istərdik.
– Vətən müharibəsində qazanılan qələbədən sonra Prezidenti kimdənsə asılılıqda, qətiyyətsizlikdə, rus sülhməramlılarının Azərbaycana gəlməsinə görə xəyanətdə suçlamaq üçün adam gərək ən azı vicdanını itirsin. Milli Şura və Qərb ölkələrinə sığınıb bir tikə çörək qarşılığında hər şeyə hazır olanlar ,məhz bu işlə məşğuldurlar. Onlar fikirləşirlər ki, Prezidentin ünvanına  hər şey deyə bilərlər, amma Prezident onlara cavab verməməlidir. Onlar heç vaxt xalqa demədilər ki, torpaqlarımızı necə işğaldan azad edəcəkdilər. Heç vaxt xalqdan soruşmadılar ki, onlar “rus sülhməramlıları gəlməsin və torpaqlar da işğal altında qalsın” formulasını dəstəkləyirlərmi? Bütün bunları etmədən, utanmadan xalqın adından danışırlar. Ermənistan birgə Bəyənnaməni kapitulyasiya aktı kimi qəbul  etsə də, bunlar deyir ki, yox, bu kapitulyasiya aktı deyil. Əgər müharibə edən tərəflərdən biri digərinə öz şərtlərini təqdim edirsə və digər tərəf bunu qəbul edib müharibənin dayandırılmasını istəyirsə bu kapitulyasiyadır. Prezident Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunmasını tələb edirdi və bu tələb də Ermənistan tərəfindən qəbul olundu. Niyə daha çox şey tələb etməyib sual oluna bilər. Bu həm başqa mövzudur, həm də Rusiya və Qərb faktorunu diqqətdən qaçırmaq olmaz. Həmin şəxslər bunu başa düşməsəydi onlara heç əhəmiyyət də verməmək olardı, amma onlar həm də başqalarının “dili” olduqları üçün onlara (əslində onları danışdıranlara) cavab verilməsini Prezident zəruri hesab edib. Müharibə zamanı xalqın qəzəbindən qorxub ümummilli mövqedən çıxış etdilər, Prezident də onlar haqqında xoş sözlər dedi. Elə ki, təhqirə və ağır ittihamlara başladılar,  Prezident tərəfindən adekvat cavab aldılar. Halbuki Qarabağ məsələsində bizim hələ də milli birliyə böyük ehtiyacımız  var.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

Next Post

XİN: Ermənistanı təxribata son qoymağa çağırırıq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
XİN: Ermənistanı təxribata son qoymağa çağırırıq

XİN: Ermənistanı təxribata son qoymağa çağırırıq

BAXCP-də yeni təyinat

BAXCP-də yeni təyinat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.