
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Nikolson Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında iştirak edib.Azvision.az xəbər verir ki, bu barədə Nikolson “Twitter” hesabında məlumat paylaşıb.
“Bu gün Cənub Qaz Dəhlizi Məşvərət Şurasında çıxış etməkdən məmnunam. Britaniyanın Cənub Qaz Dəhlizinə töhfəsi, layihənin enerjinin şaxələndirilməsi və təhlükəsizliyindəki rolu qürurvericidir. Strateji enerji əməkdaşımız olan Azərbaycanı bu uğur münasibətilə təbrik edirəm!”, – deyə ticarət elçisi qeyd edib.



