"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şuşadan qaçan erməni zabit: “Hər yerdə meyit və yaralı görürdük”

15 Fevral 2021 - 16:07
in XƏBƏR LENTİ
    Şuşadan qaçan erməni zabit:  “Hər yerdə meyit və yaralı görürdük”

“Hadrutda hərbi hissədə xidmətdə idim. Sentyabrın 27-si səhər saatlarında tağımı düzüb yeməkxanaya aparırdım. Bir anda şəhərdə şimşəklər çaxmağa başladı”Azvision.az xəbər verir ki, bunu ikinci Qarabağ müharibəsində məğlub olan Ermənistan ordusunun baş leytenantı Qriqor Ambaryan deyib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

O, erməni KİV-ə müsahibəsində şahidi olduğu müharibə xatirələrindən danışıb: “Hadrutun necə ələ keçirilməsi məni çox maraqlandırır. Döyüş mövqelərimiz düşmən üçün əlçatmaz olsa da, arxa tərəfimiz zəif idi. Şəhər alınan günü düşmən artıq hər tərəfdən irəliləyirdi və beləcə mövqeləri qoruya bilmədik. Onlar arxamızda göründülər”.

Erməni zabitin sözlərinə görə, 44 günlük müharibə və döyüşlərdə PUA-lardan istifadə o qədər gərgin və intensiv hal alıbmış ki, onlar tez-tez əks-hücumlar qura bilməyiblər.

“Ayın 5-dən 8-dək Şuşada oldum. O günlər mənim üçün unudulmazdır. Taborum çağırış taburu idi. Deyiləndə ki, biz Şuşaya getməliyik, bu üç aylıq əsgərlərin döyüşə biləcəklərini düşünməyə başladım. Təyin olunan mövqelərə çatmağımızdan 5 dəqiqə keçməmişdi ki, qızğın döyüşlər başladı. Şuşa döyüşlərində çox sayda düşmən əsgəri var idi. Məncə, onlar “Yaşma”nın (Xüsusi Təyinatlı Qüvvələr -red) hərbçiləri idilər. Biz müdafiəyə çəkildik deyə düşmən Şuşaya girə bilmədi. Amma mühasirədə idik. Təxminən 300-400 nəfər olardıq. Sonra davamlı hücumlar təşkil etdilər. Onların da qurbanları oldu, biz də itkilərə məruz qaldıq. Yaralılara kömək edə bilmədik. 7 noyabrda sübh çağı əks-hücuma keçməli olduq. Hər şey artıq aydın idi -ya onlar, ya da biz qazanmalı idik.

Şuşaya 3 gün heç bir kömək gəlmədi, geri çəkilmək əmri aldıq. Təminatımız qalmamışdı. Cəmi iki tank qalmışdı və çoxlu sayda yaralılarımız var idi. Gecə meşə ilə Xankəndinə enməyə çalışdıq. Qarşımıza 6 nəfərlik bir qrup çıxdı. Aktiv atışmalar başladı. İrəlilədik, dəstə-dəstə bu müdafiədən keçib Xankəndinə getdik. Meşədən çıxmazdan əvvəl 3 belə qrupla üzləşmişdik. Hər yerdə meyit və yaralıları görürdün…”

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tərtər Rayon İcra Hakimiyyətindən AÇIQLAMA

Next Post

“Qafandan 21, Mehridən 7, Gorusdan isə 9 kilometr geri çəkilmişik” – Erməni deputatdan ETİRAF

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
“Qafandan 21, Mehridən 7, Gorusdan isə 9 kilometr geri çəkilmişik” – Erməni deputatdan ETİRAF

“Qafandan 21, Mehridən 7, Gorusdan isə 9 kilometr geri çəkilmişik” - Erməni deputatdan ETİRAF

Türkiyə bunu reallaşdırsa, AB olmayacaq – Şok iddia

Türkiyə bunu reallaşdırsa, AB olmayacaq - Şok iddia

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.