"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ebola təhlükəsi Azərbaycanda

21 Oktyabr 2014 - 01:10
in CƏMİYYƏT, GÜNDƏM

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Sabah Bakıya yağış yağacaq

Təhlükəli Ebola barədə həyəcanlı xəbərlər Türkiyədən gəldi.img1659751
ANS TV-nin məlumatına görə, Türkiyədə Həccdən qayıdanlardan daha biri ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb. Ümumiyyətlə, qonşu ölkədə Həccdən qayıdanların 2 həftə müddətinə nəzarətə götürülməsi qərara alınıb. Məhz bu, Azərbaycanda 4 mindən çox adamın müayinəsi məsələsini gündəmə gətirib! Onların ebola daşıyıcısı olub-olmadığı yoxlanılıbmı? Nəzərə alsaq ki, Ebolanın yayıldığı Afrika ölkələrinə kvota ayırılmamasına baxmayaraq, Məkkədə həmin vaxt kifayət qədər qaçaq yolla keçən afrikalı olduğundan mövzuya qayıtmaq zərurəti ortaya çıxır.
Həcc ziyarətindən qayıdan Türkiyəli zəvvarlarda bu virusun aşkarlanmasi ebolanin yüz minlərlə insana keçməsi ilə bağli şübhələri artırır. Çünki minlərlə zəvvar ebola daşıyıcısı ehtimalı olan həmin türkiyəli zəvvarlarla birlikdə bütün əməlləri yerinə yetiriblər. Bu isə xəstəliyin zəncirvarı yayılması riskini artırır.
Nəzərə alsaq ki, bu il Səudiyyə Ərəbistanına Həcc ziyarətinə 4000-dən artıq azərbaycanlı zəvvar da yollanmışdı. Əslində Məkkə və Mədinədə olduğum zaman ebola virusunun çox asanlıqla yayıla biləcəyinin şahidi olmuşdum. Sıx insanlar, istədin-istəmədin hansısa virus daşıyıcısı olan biriylə ünsiyyət bu virusa yoluxmaq üçün necə deyərlər münbit şərait yaradırdı. Səhiyyə nazirliyindən isə bildirirlər ki, heç bir narahatlığa əsas yoxdur. Çünki bir neçə gün əvvəl Həcc ziyarətindən vətənə qayıdan azərbaycanlı zəvvarlar arasında ebola virusu ilə bağlı müraciət edənlər olmayıb. Nazirlikdən həm də onu bildirdilər ki, qonşu ölkələrdə ebola həyəcanı yaşanmasına və həmin ölkələrin səhiyyə strukturlarının bu səbəbdən xüsusi iş rejimində çalışmasına baxmayaraq onlar adi iş rejimində fəaliyyətlərini davam etdirirlər. Amma əgər Azərbaycanda da ebola virusunun daşıyıcı aşkar edilərsə, bunun üçün xüsusi həkim briqadası hazırlanıb. Və həmin virus daşıyıcısı da onlar tərəfindən nəzarətə götürüləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, bunun üçün xəstəxanalarda xüsusi bölmələr yaradılıb.
Ebola virusunun ilkin göstəricilərinə gəlincə, Taun Əleyhinə stansiyanın laboratoriya müdiri Musa Cahanov bildirdi ki, ebolaya yoluxmuş xəstələrdə izhal, qusma, səpkilər və xarici-daxili qanaxmalar, yəni mədə, burun, ağız, dodaqdan qanaxma halları müşahidə edilir. Bundan başqa böyrəkdə və ciyərdə pozuntular əmələ gəlir.
Xəstəliyin təmas və qan yolu ilə keçməsi mümkündür. Bundan başqa ebola virusu özünü 2 və ya 21 gündən sonrada biruzə verə bilər. Gizlin dövrdə isə bu virusun hər hansısa göstəricisi olmur və yoluxmuş şəxs heç kimi bu virusa yoluxdura bilməz.
Siz də sadaladığımız simptomların hər hansısa birini özünüzüdə hiss edirsinizsə, həm hər etimala qarşı, həm də tam əmin olmanız üçün klinikalara müraciət edin və analizlər verin.
Azərbaycanlı zəvvarlar arasında heç kim bu virusla bağlı xüsusi nəzarətə götürülməsədə, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kamerunla qarşılaşmadan Bakıya geri dönən Syerra-Leone millisinin üzvü Julius Vobay karantina alınıb. Hazırda “Neftçi” futbol klubunun tərkibində oynayan futbolçuda ebola aşkarlanmasa da o, həkimlərin ciddi nəzarəti altındadır. Vobayın millidəki komanda yoldaşı Con Kamara isə Yunanıstanın ikinci dəstəsində mübarizə aparan “Lamiya”nın heyətindən uzaqlaşdırılıb. Ona 21 günlük karantin müddətində komanda üzvləriylə təmasda olmamaq göstərişi verilib. Qeyd edim ki, Syerra Leone ebola virusun ən çox yayıldığı ölkələrdən biridir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Polyaklar Ukraynaya qarşı döyüşə gedir?!.

Next Post

Orqan mafiyasının üzvləri yaxalanıb

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Next Post

Orqan mafiyasının üzvləri yaxalanıb

Siqaret bahalaşacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.