"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Plyonka ilə bağlı bu qadağa olmayacaq- Hüquqşünasdan izah

25 Fevral 2021 - 11:37
in XƏBƏR LENTİ
Plyonka ilə bağlı bu qadağa olmayacaq- Hüquqşünasdan izah

“Yol hərəkəti haqqında” Qanuna (YHQ) edilən dəyişikliklərdən biri də nəqliyyat vasitələrinin ban şüşələrinə plyonka və pərdə çəkilməsi ilə bağlıdır. Yol hərəkəti təhlükəsizliyi üçün ən sonuncu məsələ olsa da, bu dəyişikliklə bəzi sürücülərin həmişə marağına səbəb olan pərdə və plyonka söhbətinə aydınlıq gətirilməsinə cəhd olunur. 
YHQ-nin 1 saylı Əlavəsinin 7-ci hissəsinə 3 dəyişiklik edilir. 
Birinci dəyişiklik sırf texniki xarakterlidir: avtomobillərin ban şüşələrinə çəkilə bilən  örtüklər sırasına pərdə və plyonka ilə yanaşı jalüz də əlavə olunur. Əslində buna ehtiyac yoxdur, çünki jalüzün pərdənin bir növü olduğu məlumdur. Həm də bizim “jalüz” adlandırdığımız həmin örtüyü, deyəsən, bizdən başqa heç kim belə adlandırmır: əksər əcnəbi dillərdə ona elə “pərdə” və ya “pərdəcik” deyirlər.
Digər dəyişikliklər 7-ci hissənin 3-cü bəndinin “Qeyd”i ilə bağlıdır.
“Qeyd”in birinci cümləsi ləğv edilir. Orada deyilir ki, avtomobillərin və avtobusların qabaq şüşəsinin yuxarı hissəsində rəngli, şəffaf plyonka bərkidilə bilər.  Bəzi şəxslər bu cümlənin ləğv edilməsini əsas götürərək düşünə bilərlər ki, bundan sonra avtomobillərin alın şüşəsinin yuxarı hissəsinə günəş şüalarından qorunmaq üçün plyonka çəkilməsi qadağan ediləcək. Lakin bu belə deyil. 
Birincisi ona görə ki, hazırda istehsal olunan avtomobillərin əksəriyyətində artıq zavodda alın şüşənin yuxarı hissəsi sürücünün gözlərini günəş şüasından qorunmaq məqsədilə tündləşdirilmiş olur və əlavə hər hansı plyonkaya ehtiyac qalmır.
Belə tündləşdirmə olmayan alın şüşələrində isə sonradan plyonka çəkilməsi məsələsi problem olmayacaq. Bunu “Qeyd”ə edilən digər dəyişiklik həll edəcək. Ən maraqlısı da elə həmin dəyişiklikdir…
“Qeyd”in üçüncü cümləsinin bu redaksiyada verilməsi təklif olunur: Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Həmin yeni qaydada yəqin ki, yuxarı hissəsi tündləşdirilməmiş alın şüşələrinin yuxarı hissəsinə günəş şüalarından qorumaq məqsədilə məhdud ölçüdə plyonka çəkilməsini də nəzərdə tutulacaq.
Əslində belə yanaşma bir qədər maraqlıdır. Əvvəlllər də dəfələrlə qeyd etdiyimiz kimi, hazırda dünyada nəqliyyat vasitələrinin ban şüşələri ilə bağlı vahid beynəlxalq standart kimi BMT Avropa İqtisadi Komissiyasının 43 saylı qaydaları  mövcuddur. Yaxşı olar ki, həmin qaydalar elə olduğu məzmunda ana dilimizə tərcümə edilərək milli standart kimi təsdiq edilsin. Düşünürəm ki, YHQ-yə edilən dəyişiklik əslində bu normayaratma (standart yaratma) mexanizmi işə salmağa yönəlib. Onsuz da müvaffiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən edəcəyi qaydalar  həmin 43 saylı qaydalar əsasında hazırlanacaq. Maraqlı məqam odur ki, hazırda ölkəmizdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edildiyindən dövlət standartlarının hansı orqan tərəfindən təsdiq edilməs ilə bağlı açıq qalan məsələlər var. Hər bir halda qanun qəbul edildikdən və Prezident fərmanı ilə müvaffiq icra hakimiyyəti orqanına (quruma) aydınlıq gətirildikdən sonra çox şeylər bəlli olacaq.
Məlumat üçün bildirim ki, BMT Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələr üçün hər hansı şəffaflıq məhdudiyyəti nəzərdə tutulmur (yəni həmin şüşələrə istənilən pərdə və plyonka çəkilə bilər).
Xatırlatmaq istərdim ki, ölkəmiz 12 fevral 2002-ci il, tarixli, 261-IIQ saylı Qanunla BMT-nin 1958-ci il 20 mart tarixli Müqaviləsinə qoşulmuş və BMT Avropa İqtisadi Komissiyasının avtomobillərlə bağlı müxtəlif texniki standartlardan ibarət olan qaydalarını milli standart kimi tanımaq və tətbiq etmək öhdəliyi götürmüşdür. Ləngitmədən həmin qaydaları tam olaraq ana dilimizə çevirmək və milli standartlar kimi tanıyaraq tətbiq etmək lazımdır.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Ərşad Hüseynov,
Hüquqşünas

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Paşinyan bunun üçün Bakıdan icazə istəyir – Arutyunyan

Next Post

Paşinyan 102-ci bazanı hədəfə çevirir – KİV

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Paşinyan 102-ci bazanı hədəfə çevirir - KİV

“Başlarını itiriblər, təlim raketini buraxıblar, partlamayıb” – Rus polkovnikdən SƏRT AÇIQLAMA

“Başlarını itiriblər, təlim raketini buraxıblar, partlamayıb” – Rus polkovnikdən SƏRT AÇIQLAMA

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.