"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şuşaya atılan “İsgəndər”: Trofimçukdan önəmli şərh – Video

02 Aprel 2021 - 12:28
in XƏBƏR LENTİ

“İsgəndər” raketləri haqda o qədər fərqli ehtimallar var ki, bunun sonu görünmür.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk Şuşada İsgəndər-M raketlərinin partlamış qalıqlarının tapılması barədə fakta münasibət bildirərkən deyib.

Politoloq suala birbaşa cavab verməsə də, bu prosesin günahkarı və təşəbbüskarının Ermənistanın Baş naziri Paşinyan olduğunu deyib:

“Onun “İsgəndər” raketləri ilə bağlı dediyi sözlər Qarabağ müharibəsindən sonra deyil, əvvəllər söylənsəydi, onların bir dəyəri olardı. İndiki halda bu sözlər öz məğlubiyyətinin günahını başqasının ayağına yazmaq cəhdindən başqa bir şey deyil”.

Ekspert Rusiyanın arsenalında olan və başqa dövlətə satılması qadağan olunan İsgəndər-M raketinin partlamış qalığının Şuşada necə peyda olması barədə bildirib ki, bu, “Buk” müzakirələrinə bənzəyir:

“Ümumilikdə, Rusiya raket sistemlərinin modifikasiyasının təhlili 2014-cü ilin yayında Donbas səmalarında baş verən hadisələrdən sonra mediada fəal şəkildə müzakirə olunan Rusiya “Buk”unun xüsusiyyətlərinin təhlili məsələsini xatırladır (Sərnişin təyyarəsinin “Buk”la vurulması və raketin rusiyalı əsgərlər tərəfindən buraxılması barədə iddialar nəzərdə tutulur – red.) “İsgəndər”lərin Ermənistan ərazisində peyda olmağa başladığı zaman Azərbaycan informasiya sahəsində Rusiya Federasiyasının onları birbaşa İrəvana vermədiyi, bu komplekslərin Bakını qorxutmaq üçün açıq şəkildə nümayiş etdirildiyi fikri hakim olmağa başladı. Lakin müharibəyə qədər İrəvana verilmiş Rusiya qırıcılarının tam komplektləşdirilməməsi ilə bağlı olduğu kimi, bu halda da şəxsən hakimiyyəti ələ alan kimi fasiləsiz olaraq hərbi texnikanın üzərinə dırmaşan Paşinyana suallar yaranır. Göstərilən nümunələrdən göründüyü kimi, bir halda ki, Paşinyanın özünə inam yoxdur, o zaman daha vacib sual doğur: kim, nə və nə zaman döyüşlər gedən bu və ya digər rayona Rusiyanı hədəfə çevirmək üçün “İsgəndər”dən istifadə etməklə hücum reallaşdırıb?”

Politoloqun sözlərinə görə, azərbaycanlıların yerləşdiyi ərazilərə raket zərbələrini Rusiya tərəfinin endirdiyini söyləmək yumşaq desək, ən azından, qəribə olardı:

“Belə olan halda dərhal İkinci Qarabağ müharibəsinin gedişatını kökündən dəyişdirəcək bütün lazımi dəlillər tapılardı. Xüsusilə ABŞ Bakı ilə Moskvanı bir-birinə qarşı qoymaq üçün mütləq bu versiyadan istifadə edərdi”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Valyuta hərracında tələb 69,3 milyon dollar olub

Next Post

İlham Əliyev sərəncam imzaladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İlham Əliyev sərəncam imzaladı

Bakıda “İskəndər” raketlərinin qalıqları nümayiş etdirildi - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.