"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəlbəcərdə erməni PUA-sını vuran “Qroza” nədir? – ARAYIŞ

01 İyun 2021 - 15:17
in XƏBƏR LENTİ
 Kəlbəcərdə erməni PUA-sını vuran “Qroza” nədir? -  ARAYIŞ

Belarusun “Qroza-S” PUA ilə mübarizə kompleksi Azərbaycanla sərhəddə Ermənistanın “Qrifon-12” dronunu vurub.Azvision.az xəbər verir ki, bu barədə “Avia.pro” saytı məlumat yayıb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Qeyd edilir ki, Belarus özünün “Qroza-S” sistemini tədarük etdikdən sonra Azərbaycan ilk dəfə bundan pilotsuz uçuş aparatının məhvi üçün istifadə edib. Belə ki, bir gün əvvəl Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində olan “Qroza-S” komplekslərindən biri Ermənistana məxsus “Qrifon-12” PUA-sını nəzarətə alıb.

“Təqdim olunan fotoda erməni kəşfiyyat pilotsuz uçuş aparatının “Qroza-S” kompleksi tərəfindən necə uğurla vurulduğunu görmək olur. Hansı ki, bir neçə həftə əvvəl PUA Qarabağda görünüb. Azərbaycan tərəfinin məlumatına görə, pilotsuz uçuş aparatı Kəlbəcər istiqamətində vurulub, eyni zamanda, dron Azərbaycan ərazisinə düşüb və bu da rəsmi Bakının İrəvanın təcavüz planlaşdırdığı barədə ittiham irəli sürməsinə səbəb ola bilər.

Məlumdur ki, Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra, Azərbaycan burada müdafiə sistemini və daha əvvəl Belarusdan alınmış “Qroza-S” kompleksini yerləşdirib. Bununla da Ermənistandan olan həm qəfil hücumun qarşısı alınmaqdan başqa, kəşfiyyat aparma imkanları da bloklanıb”, – yazıda vurğulanıb.
.
Qeyd edək ki, “Qroza-S” sistemi 2017-ci ildə istismara daxil edilib. Bu, hava hücumundan müdafiədə güclü bir sistemdir. “Qroza-S” PUA-lardan obyektləri qorumaq üçün hazırlanan özüyeriyən radioelektron mübarizə kompleksi 2016-cı ilin sonunda təqdim edilib. 2017-ci ilin oktyabrın 28-də Belarus Silahlı Qüvvələrinin komandirlərinin əməliyyat toplantısı çərçivəsində hərbi sənaye komplekslərinin ən son silah və avadanlıq modelləri iştirakçılara təqdim edilib. “Qroza-S” kompleksi özüyeriyən avtomobil şassisində qurulur.

“Qroza-S” kompleksi həm PUA-ların, həm də onların uçuşunu müəyyən edən yerüstü stansiyaların idarəetmə kanallarının aşkarlanmasını təmin edən bir sıra imkanlara malikdir. Hədəfi aşkar etdikdən sonra, kompleksin operatoru növbəti tədbirlərin alqoritmini seçir və onu şəraitə ən uyğun şəkildə “emal” edə bilir. Qroza-S” stansiyasının eyni imkanlarının aviasiya vasitələrinə qarşı da tətbiq edildiyi ehtimal olunur.

Düşmən PUA-sının aşkar edilməsi, radio siqnalların qəbul edilərək analizi vasitəsi ilə həyata keçirilir. Bu halda yerüstü PUA operatoru konsolundan və ya PUA kanalından yayılan idarəetmə siqnallarının ələ keçirilməsi mümkündür. İlk halda, aşkarlama məsafəsi 10 km, ikinci halda isə 50 km-ə çatır. Kəşfiyyat 100-dən 6000 MHz-ə qədər tezliklərdə həyata keçirilir.

https://youtube.com/watch?v=hIWFhRHfEMg

PUA-nı aşkarladıqdan sonra “Qroza-S” operatoru bu və ya digər metoddan istifadə edə bilər. Müdaxilə ilə kanalın sadəcə basdırılması və daha təsirli digər metod seçilə bilər. Məlumatların yerüstü PUA idarəetmə məntəqəsinə ötürüldüyü radiokanal 10 km-ə qədər məsafədə basdırıla bilər. PUA qəbuledicisinin boğulması isə 30 km-ə qədər məsafədə təmin edilir. Basdırma kanallarının enerji potensialı 300 vattdan az olmamalıdır. Müdaxilə tətbiq edilərkən PUA idarəetmə paneli komandaları ötürmə qabiliyyətini itirir, aparat özü də telemetrik, video və s. siqnalları qəbul edə bilmir.

Qeyd edək ki, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Uşaqlar Günü münasibətilə muzey yaradıldı – FOTO – VİDEO

Next Post

Erməni nazir hərbçi cəsədlərinin zirzəmidə saxlanıldığını etiraf etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Erməni nazir hərbçi cəsədlərinin zirzəmidə saxlanıldığını etiraf etdi

“Azeri Light” 71 dollardan baha satılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.