"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirilib

27 Oktyabr 2021 - 14:13
in MƏDƏNİYYƏT

P. İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib.
Gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunub.
BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı və təşkilatçısı olan Heydər Əliyev Fonduna, eləcə də Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinə minnətdarlığını bildirib. Gecəyə Rusiya Xalq artisti Emmanuil Vitorqan aparıcılıq edib.
“Bu gün səhnəyə Bülbül, Adıgözəlzadə kimi soyadları daşıyan musiqiçilər çıxacaq. Bütün bu soyadlar Qarabağla, Şuşa ilə bağlıdır. Bu gün biz sizə Azərbaycanın musiqi mədəniyyətini təqdim edəcəyik. Azərbaycan mədəniyyətinin tarixi minilliklərlə ölçülür, lakin peşəkar klassik məktəb 100 ildə böyük yol keçib”, – deyən F. Bədəlbəyli xatırladıb ki, Üzeyir Hacıbəyli Sankt-Peterburq Konservatoriyasında təhsil alıb, dahi rus bəstəkarı Dmitri Şestakoviç Qara Qarayevin müəllimi və ustadı olub. F.Bədəlbəyli Azərbaycan klassik musiqisinin inkişafında rus bəstəkarlarının və pedaqoqlarının rolundan da danışıb. BMA-nın rektorunun sözlərinə görə, Akademiyanın 100 illik yubileyinin Moskva Konservatoriyasında qeyd olunması həm Azərbaycanın, həm də Rusiyanın həyatında əlamətdar hadisədir.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının rektoru Aleksandr Sokolov BMA-nı yubiley münasibətilə təbrik edərək deyib: “Mən həmkarlarımı, dostum Fərhad Bədəlbəylini təbrik etmək istəyirəm. 100 yuvarlaq rəqəmi çox şeydən xəbər verir. Bu, peşəkar ustalıq və inkişaf üçün artıq fundamental təməl deməkdir”. Moskva Dövlət Konservatoriyasının rektoru vurğulayıb ki, BMA-nın yubileyinin Moskva Konservatoriyasının Böyük zalında qeyd olunması iki ölkənin musiqi dünyası arasında çoxdankı və yaxşı ənənənin davamıdır. “Bizim əlaqələrimiz gələcək nəsillər tərəfindən mütləq davam etdirilməlidir”, – deyə A.Sokolov əlavə edib.
Konsertdə BMA-nın tanınmış məzunları da iştirak ediblər. Akademiyanın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın Xalq artistləri Yalçın Adıgözəlzadə, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Murad Hüseynov, Yeganə Axundova, əməkdar artistlər Fuad İbrahimov, Elvin Qəniyev, Sahib Paşazadə, Azər Zadə, Fərqanə Qasımova, beynəlxalq müsabiqələr laureatı Selcan Nəsibli, dahi Bülbülün nəvəsi Murtuza Bülbül və başqaları səhnəyə çıxıblar.
Konsert proqramına Mixail Pletnyovun rəhbərliyi ilə Rusiya Milli Orkestrinin ifasında Azərbaycan musiqisinin klassikləri Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, eləcə də Qərbi Avropa və rus bəstəkarlarının əsərləri daxil idi. Gecəni dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası açıb, konsert proqramı dirijor Yalçın Adıgözəlzadənin rəhbərliyi ilə Alim Qasımovun və Fərqanə Qasımovanın ifasında “Qarabağ şikəstəsi” oratoriyasının finalı ilə başa çatıb.
Azərbaycan musiqi mədəniyyətinin və təhsilinin inkişafında əvəzsiz rol oynayan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası şərəfli və əlamətdar tarixi yol keçib. O, dahi Üzeyir Hacıbəylinin səyləri sayəsində 1920-ci il avqustun 26-da yaradılıb və yüksək ixtisaslı kadrlar üçün ustalıq məktəbinə çevrilib. İlkin mərhələdə Üzeyir Hacıbəylinin Moskva, Leninqrad və Rusiyanın digər şəhərlərinin konservatoriyalarından dəvət etdiyi rus musiqi mədəniyyətinin görkəmli xadimləri Azərbaycanda milli kadrların yetişdirilməsinə, ifaçılıq məktəbinin inkişafına mühüm töhfələr veriblər. M.Brennerin, G.Şaroyevin, V.Kozlovun, L.Rostropoviçin, S.Bretanitskinin, İ.Turiçin, V.Anşeleviçin, N.Speranskinin və bir çox digər mədəniyyət xadimlərinin adları böyük minnətdarlıq hissi ilə çəkilir, onların sayəsində Bakı keçmiş Sovet İttifaqında musiqi mərkəzi statusu qazanıb.
BMA Azərbaycanın aparıcı ali musiqi təhsili müəssisəsidir. Akademiyanın 3 fakültəsi və 18 şöbəsi, magistratura, aspirantura və doktoranturası mövcuddur. Akademiyanın nəzdində Bülbül adına Musiqi Məktəbi, musiqi məktəb-studiya və Ş.Məmmədova adına Opera Studiyası, eləcə də 2 elmi laboratoriya fəaliyyət göstərir.

Bunu da oxuyun

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Məşhur ABŞ yazçısı vəfat edib

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıda İnvestisiya və Mədəniyyət Sammiti keçirilir

Next Post

Türkiyə Prezidenti: “Qarabağ və Şuşada “turizm partlayışı” baş verəcək”

Bənzər yazılar

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

Akademik Musiqili Teatr Özbəkistanda beynəlxalq forumda iştirak etdi

05 May 2024 - 20:07

#image_title Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Özbək teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir....

Məşhur ABŞ yazçısı vəfat edib

Məşhur ABŞ yazçısı vəfat edib

01 May 2024 - 14:23

ABŞ yazçısı Pol Oster 77 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. O, xərçəng xəstəliyindən...

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

Faiq Ağayev əlavə qazanc yerlərindən danışdı

26 Aprel 2024 - 11:07

Çox təəssüf ki, əlavə qazanc yerlərim, biznesim yoxumdur, yeganə gəlir yerim musiqidir. Elchi.az xəbər verir ki, bu sözləri Kult.az-a geniş...

Azərbaycanda Rusiya kinosu günləri başlayır

Azərbaycanda Rusiya kinosu günləri başlayır

23 Aprel 2024 - 14:00

24-27 aprel tarixlərində “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək. Elchi.az xəbər verir...

Next Post
Türkiyə Prezidenti: “Qarabağ və Şuşada “turizm partlayışı” baş verəcək”

Türkiyə Prezidenti: “Qarabağ və Şuşada “turizm partlayışı” baş verəcək”

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumunun həddi məlum olub

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumunun həddi məlum olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.