Tətbiq edilən silah embarqoları Türkiyənin müdafiə sənayesini inkişaf etdirdi.
Bu barədə Avstraliyanın “Australian” nəşrindəki məqalədə bildirilib.
“Silah embarqolarının nəticəsi olaraq Türkiyə effektiv müdafiə sənayesi yaratdı, 150 kq ağırlıqda silah-sursat daşıyan və 24 saatdan artıq havada qalan “Bayraqdar TB2” PUA sistemlərinin inkişafına yol açdı. Bunlar (Türkiyənin PUA sistemləri – red.) Avstraliya ordusuna qarşı istifadə edilsəydi, nəticələr hədsiz dərəcədə qeyri-sabit ola bilərdi. Çünki Avstraliya ordusu hələ ki, piltosuz uçuş aparatlarına qarşı sistemlərə ciddi investisiya qoymayıb və bu sahədə heç bir qabiliyyətə sahib deyil”, – deyə qeyd edilib.





