Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatlarının nəticələri açıqlanıb.
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında bildirilib ki, DSX tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunmuş məlumata əsasən, oktyabr ayı ərzində 25 ha ərazi təmizlənib, 40 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Ümumilikdə 2020-ci il noyabr ayından bu il 28 oktyabr tarixinədək 312 ha ərazi təmizlənib, 3058 ədəd mina və PHS zərərsizləşdirilib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...






