İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Dik Gəncəyə səfər edib.
Diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə şəhərin baş meydanında Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra səfirlə icra başçısının görüşü keçirilib.






