"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İŞİD Qərb paytaxtlarında da hücuma başlayır

23 Oktyabr 2014 - 12:25
in DÜNYA

1Kanada polisi oktyabrın 22-də paytaxt Ottavada Birinci dünya müharibəsində həlak olanların xatirəsinə qoyulmuş abidənin qarşısında fəxri qarovul əsgərini öldürən, daha sonra parlamentə hücum edən şəxsin kimliyini açıqlayıb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bu, İslam dinini qəbul etmiş Mişel Zehaf Bibodur. Onun adı Mişel Cozef Holl olub, İslamı qəbul edəndən sonra adını dəyişib.

Polis bildirir ki, parlamentdə atışma zamanı xəsarət alan üç yaralı artıq evə buraxılıb. Onların polis, yaxud mülki şəxslər olduğu açıqlanmır. Zehaf Bibo əvvəlcə fəxri qarovulun əsgərini öldürüb, daha sonra parlamentin binasında polis tərəfindən güllələnib.

Şahidlərin bildirdiyinə görə, Zehaf Bibo İŞİD döyüşçülərinə xas olan qara geyimdə olub, sifətini qara yaylıqla örtüb. O, ov silahından iki dəfə fəxri qarovulun əsgərinə atəş açıb, əsgər yerə yıxılanda o, təntənəli şəkildə silahı başının üstünə qaldıraraq yelləyib. Bundan sonra silahlı şəxs Kanada parlamentinin binasına doğru istiqamət alıb.

Məlum olub ki, həmin şəxsi əvvəllər dəfələrlə polis saxlayıb. O, narkotik saxlamağa görə tutulub, iki dəfə isə şərti azadlıqda olma şərtlərini pozduğu üçün saxlanılıb. Hazırda Kanada xüsusi xidmət orqanları Zehaf Bibonun hansı radikal qruplaşmaya bağlı olduğunu araşdırır.

Hücum zamanı Kanada baş naziri Stiven Harper parlamentdə olub və o, arxa qapıdan evakuasiya edilib. Bu hadisədən bir gün əvvəl Ottavada İslamı qəbul etmiş şəxs avtomobillə iki əsgəri vuraraq öldürmüşdü. Hazırda iki hadisə arasında bağlılığın olub-olmadığı araşdırılır.

Baş nazir Stiven Harper xalqa müraciətlə çıxış edərək deyib ki, bu terror hücumu ölkənin gücünü ikiqat artıracaq.

“Bu hadisələr göstərdi ki, Kanada terrorçu hücumlardan sığortalanmayıb. Ancaq Kanadanı bununla qorxutmaq mümkün deyil. Biz təhlükəsizliyin təmin olunması üçün bütün addımları atacağıq” – baş nazir bildirib.

ABŞ prezidenti Barak Obama S.Harperlə əlaqə saxlayaraq hücumun araşdırılmasında kömək təklif edib. B.Obama bildirib ki, ABŞ xüsusi xidmət orqanlarında bu hadisənin motivi barədə hələlik informasiya yoxdur.

Bununla belə hücumun daha geniş terror planlarının bir hissəsi olduğu istisna deyil. ABŞ və digər Qərb ölkələri Kanadada baş verənlərdən sonra iri şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib. İŞİD-ə qarşı koalisiyada yer alan ölkələr mühüm obyektlərin mühafizəsi üçün əlavə tədbirlər görüblər.

Hələlik Kanada hücumlarının arxasında hansı qruplaşmanın dayandığı məlum olmasa da əsas ehtimal “İslam Dövləti”nin (İŞİD) qisas əməliyyatlarına başlaması barədədir. Belə ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya İraq və Suriyada İŞİD-ə qarşı hava zərbələrinə başlayanda qruplaşmanın liderləri xəbərdarlıqla çıxış edərək qisas hücumlarına başlayacaqlarını bildirmişdilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Partiyasını 100 min manata satdığı deyilən Məmməd Əlizadəyə qarşı şok ittihamlar – Tanınmış akademik nələri açıqladı?

Next Post

Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Qubad İbadoğlunun tərəfdarı Müsavatdan çıxarıldı

Başı kəsilən qızın oxuduğu Musiqi Akademiyası: "O, lezbiyan deyildi"

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.