"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Daşnaklar da Xankəndiyə gəldi: Təhlükəli oyun başladı

13 Noyabr 2021 - 14:26
in GÜNDƏM

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində son günlər erməni rəsmilərin “aktivliyi” artıb.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

7 noyabrda Ermənistan müdafiə naziri Arşak Karapetyanın Laçın dəhlizindən keçməklə Xankəndiyə gəlməsi, burda “mövqeləri” yoxlaması, “hərbi hissələrdə” olması, daha sonra isə “hərbi hissələrdəki” əsgərlərə medal paylaması Ermənistanın 10 noyabr 2020-ci il bəyanatının bəndlərini pozmaqda israrlı olduğunun açıq-aşkar elan edilməsi idi. Bəyanatın sözügedən bəndində erməni hərbi birliklərinin rus sülhməramlılarının yerləşməsi ilə Azərbaycan ərazilərindən çıxması göstərilsə də, İrəvanın imzaladığı və kapitulyasiya aktı kimi dəyərləndirilən sənədin ildönümündə nəinki erməni hərbçilərinin çıxarılması həyata keçirilməyib, əksinə onlara “mövqe” qurulub, Azərbaycan Ordusu ilə üzbəüz yerləşdirilib. Bu görüntüləri isə Ermənistan Müdafiə Nazirliyinin çəkiliş qrupu lentə alaraq, yayır.

Arşak Karapetyanın səfərindən bircə gün sonra erməni diversantlarının Şuşa ətrafına “boru təmir etmək” adı ilə yaxınlaşdığı məlum oldu. Azərbaycanın Zəfər günündə, Şuşada keçirilən rəsmi mərasimlər fonunda ermənilərin diversiya əməliyyatına cəhd etməsi bütün sərhədləri keçmək idi.

Azərbaycan əsgəri əlbəttə ki, dərhal erməni diversiya qrupunun bir üzvünü yerindəcə məhv etdi, digər 3 nəfəri isə ağır yaraladı və diversantlar ərazini dərhal tərk etməyə məcbur oldular.

Ancaq bunun ardınca baş verənlər təsdiqləyir ki, gərginlik artan istiqamətdə davam edir və ermənilər düşünülmüş şəkildə provokasiyalara gedirlər.

Bu gün isə erməni terrorçunun Azərbaycan və Rusiya əsgərlərinin olduğu Şuşa yaxınlığındakı posta qumbara atmasının ardınca bəlli oldu ki, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan və Daşnaksütyun partiyasının ali orqanının nümayəndələri Xankəndidədirlər. Onlar Laçın dəhlizi ilə Xankəndiyə gələrək, burada “silsilə görüşlər” keçirirlər.

Silsilə görüşlərə isə separatçı-terrorçuların “parlament sədri” Artur Tovmasyan, “təhlükəsizlik şurası katibi” Vitali Balasanyan və s. daxildir.

Arşak Karapetyan Xankəndiyə gəlişinə Azərbaycan rəsmi şəkildə sərt etiraz etdi və bu addımların yaxşı nəticələr verməyəcəyi xəbərdarlığı edildi. Bunun ardınca erməni parlamentinin vitse-spikerinin gəlişi ciddi mesajdır.

10 noyabr 2020-ci il bəyanatından sonra Ermənistan hökumətindən və parlamentindən kimsə Xankəndiyə gəlməyə cəsarət etmirdi. Hətta erməni mediası bunu Paşinyan hökumətinin götürdüyü öhdəlik, Azərbaycanın tələbi kimi təqdim edirdi. Paşinyan administrasiyası da verdiyi açıqlamada belə səfərlərlə gərginliyi artırmağa ehtiyac olmadığını bildirmişdi.

Demək, Ermənistan hökuməti “belə səfərlərin gərginliyi artıracağını” çox yaxşı bilir və məhz ona görə də indi bu “səfərlərlə” gərginliyi artırmağa qərar verib.

Bu qanunsuz səfərlərin diversiya əməliyyatı və bugünkü terrorla müşayiət olunması isə bir daha təsdiqləyir ki, Ermənistan təhlükəli oyuna başlayıb.

Rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında rus klassiklərinə abidə və Rus Pravoslav Kilsəsi inşa etməsi, açılışlara isə Rüstəm Muradovun qatılması isə təhlükəli oyunda iştirakçıların heç də təkzə ermənilər olmadığını düşünməyə əsasdır…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Next Post

Ermənilər Rusiyanı hədələdi: Mirzoyan Bakıya verilsə…

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Ermənilər Rusiyanı hədələdi: Mirzoyan Bakıya verilsə…

Ermənilər Rusiyanı hədələdi: Mirzoyan Bakıya verilsə...

Vaxtdır, Bakı əməliyyata başlamalıdır – Ekspertlər

Vaxtdır, Bakı əməliyyata başlamalıdır - Ekspertlər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.