"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Vaxtdır, Bakı əməliyyata başlamalıdır – Ekspertlər

13 Noyabr 2021 - 14:30
in MÖVQE

Son hadisə bir daha ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir. Görünür, separatçıların tör-töküntülərinin nümayəndəsi Araik Arutunyanın bu yaxınlarda mülki əhalinin silahlandırılmasına dair bəyanatı faktiki olaraq yerinə yetirilməkdədir.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Bu sözləri Report-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, erməni mülki vətəndaşında qumbaranın nə üçün olduğunun sualının cavabı məhz Araik Arutunyandadır:

“Təəssüflər olsun ki, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər. Bu proses baş tutmayanadək gələcəkdə də oxşar proseslərin yaşanması gözləniləndir”

Ə.Verdiyev hesab edir ki, düşmənə adekvat cavab verilməlidir:

“Bu hal ilk dəfə deyil. Əvvəllər də dəfələrlə analoji təxribatlar olub. Son bir həftədə 3-4 dəfə sabotaj cəhdi olub. Artıq Azərbaycan əsgərinin “dəmir yumruğ”unu bir daha havaya qaldırması üçün real şərait yaranıb. Düşünürəm ki, antiterror əməliyyatı istiqamətində real addımlar atmağın vaxtıdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, belə halların gələcəkdə də təkrarlanması istisna deyil:

“Onlar ən sərt şəkildə cəzalanmayanadək özbaşınalıq davam edəcək. Ermənilər Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini çox məsuliyyətsiz aparırlar. Baş verənlər də bunu göstərir. Belə təxribatlar ilk dəfə deyil. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

O, həmçinin ermənilərin sabotaja əl atmasının məqsədlərini də açıqlayıb:

“Ermənilər bizi təxribata çəkərək yenidən qan tökülməsini, proseslərin uzanmasını istəyirlər. Fikrimcə, bu məsələlər həllini tapmalıdır. Əks halda məcbur olub yenidən silah işlədəcəyik və bu, ermənilərə baha başa gələcək. Ona görə də düşmən bundan lazımi nəticə çıxarmalı, məğlubiyyətlə barışmalıdır. Yoxsa biz müvafiq tədbirlər görəcəyik”.

Xatırladaq ki, Baş Prokuroluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumat məlumata əsasən, noyabrın 13-ü saat 07:12-də Azərbaycann Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında “RQD-5” markalı əl qumbarası və digər odlu silah, partlayıcı maddələr əldə edib gəzdirməklə Azərbaycan Respublikasının ərazisində terror aktı törətmək, habelə qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşüb Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinin və Rusiya Federasiyasının sülhməramlı kontingentinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atmış, nəticədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Hafiz Nəsibova və digərlərinə (cəmi üç nəfərə) müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə milli düşmənçilik niyyətilə qəsdən öldürülmələrinə cəhd edib. Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri aparılır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ermənilər Rusiyanı hədələdi: Mirzoyan Bakıya verilsə…

Next Post

Posta qumbara atan erməni terrorçu ermənilərə verilir

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Postumuza qumbara atan erməni terrorçunun – Fotosu

Posta qumbara atan erməni terrorçu ermənilərə verilir

Şəhidimizin bacısı faciəvi şəkildə vəfat etdi

Şəhidimizin bacısı faciəvi şəkildə vəfat etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.