ABŞ-ın Miçiqan ştatının Biver adasında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Bu barədə Şarlevoy dairəsinin polis idarəsi məlumat yayıb.
Məlumata görə, təyyarə Velke aeroportuna enən zaman qəza baş verib. Təyyarənin göyərtəsində 5 nəfər olub. Onlardan 4-ü ölüb, bir nəfəri isə yaralanıb.




