Macəra hekayələrinin müəllifi, tanınmış yazıçı Uilbur Smit 88 yaşında dünyasını dəyişib.
Smit dünən axşam saatlarında evində qəfil vəfat edib.
Qeyd edək ki, Uilbur Smit 1933-cü ildə Şimali Rodeziyada (indiki Zambiya) anadan olub. O, 1964-cü ildə yazdığı ilk kitabı “Şirlər qidalananda” ilə qısa vaxtda məşhurlaşıb.
Smitin kitabları 30 dilə tərcümə olunub. Dünyada 140 milyondan çox kitabı satılan Smitin 49 kitabının əksəriyyəti Kortni ailəsinin sərgüzəştlərinə həsr olunub.





