Artıq noyabr ayının 1-dən dağlıq rayonlarda istilik təchizatına start verilib. Bakı şəhərində və respublikanın digər zonalarında qazanxana və istilik məntəqələrinin təsdiq olunmuş qrafik üzrə işə salınması ilə bağlı “Azəristiliktəchizat” ASC-nin əraziyə xidmət göstərən istilik sistemlərinin istismar sahələrinə göstəriş verilib. Hazırda qazanxanaların işə salınması istiqamətində işlərə başlanılıb.
ASC-dən verilən məlumata görə, bu il “Azəristiliktəchizat”ın işləməsi nəzərdə tutulan 561 qazanxana və 90 istilik məntəqəsi vasitəsi ilə 3 870 yaşayış binası, həmin yaşayış binaların da 184 minəə yaxın mənzil və layihə üzrə “Azəristiliktəchizat”ın mənbələrindən istilik ilə təmin olunması nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər sosial və təsərrüfat obyektlərinin istilik ilə təmin olunması nəzərdə tutulub.
“Əlavə olaraq bildirmək istərdik ki, havaların son günlər soyuq keçməsi ilə əlaqədar olaraq “Azəristiliktəchizat”a daxil olmuş müraciətlər əsasında bəzi uşaq evləri, internat məktəbləri, doğum evləri, xəstəxana və digər sosial obyektlərin vaxtından əvvəl qazanxanalarının işə salınması ilə bağlı zəruri tədbirlər görülüb”, – ASC-dən bildirilib.
Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az xəbər...






