Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
Görüşün gündəliyinə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın daha da artırılması, habelə dekabrın 15-də keçiriləcək zirvə görüşünə hazırlıq məsələləri daxildir.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edir.




