ABŞ-la Çinin virtual sammiti ikitərəfli münasibətləri yaxşılaşdırmaq və açıq münaqişələrdən qaçmaq üçün yaxşı başlanğıc oldu.
Bunu ABŞ-ın məşhur siyasi xadimi Henri Kissincer deyib.
“Prezident Co Bayden və Çin lideri Si Szinpin yaxşı başlanğıc etdilər, bunun ardınca virtual sammit zamanı liderlərin göstərdiyi istiqamətlərə gətirib çıxaracaq əsaslı müzakirələr aparılmalıdır”, – Kissencer bildirib.
O, süni intellekt sahəsində əməkdaşlıq sahələrinin axtarılmasının vacibliyinə işarə edərək, rəqabətin faciəvi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.




