"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya atəşkəs üçün “gec” davrandı: Nəyi gözləyirdi?

17 Noyabr 2021 - 13:54
in FLƏŞ

Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə sərhəddə atəşkəs əldə etdi. Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var:

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

– Avropa İttifaqı atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi;

– Rusiya bir qədər gözləmə mövqeyində qaldı;

– Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi.

Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı və Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi. Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Və belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi.

Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb.

Yalnız bundan sonra Şoyqu Həsənov və Papikyanla danışdı və atəşkəs əldə olundu. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərhəddə döyüşlər saat 18:30-da dayandırılıb.

Zakir Həsənov Şoyqu ilə telefon söhbətinin ardınca Hulusi Akarla sərhəddəki vəziyyəti müzakirə etdi: bu, nəticə qaneedici olsa belə, Bakının Moskvaya “Türkiyə yanımızdadır” mesajını çatdırmağa hesablanmış ola bilər və Akar bu mesajı verdi.

Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışdı: İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Və diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır.

Döyüşlərin nəticəsi necə oldu?

– Ermənistan tərəfinin çoxsaylı itkiləri var: rəsmi məlumata görə, əsirlərin sayı 13, ölən 1, itkin düşən (yəni meyitini götürə bilmədikləri) 24-dür;

– Azərbaycan Ordusu sərhəddə vəziyyətə nəzarət edir və geri çəkilməyib, Paşinyanın açıqlaması da bunu təsdiqləyir;

– Ermənistan sərhədin delimitasiyasına hazır olduğunu bəyan etdi: Paşinyan da Putinlə telefon söhbətindən sonra bildirdi ki, “Ermənistan üçtərəfli bəyanatlara sadiqdir”.

Burada bir məqam da diqqət çəkir: Atəşkəs olsa da, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir.

Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparması və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Və bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəsmi Bakı bəyanat yaydı

Next Post

Bu hərbçilərə 2-3 qat artıq maaş veriləcək

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Bu hərbçilərə 2-3 qat artıq maaş veriləcək

Bu hərbçilərə 2-3 qat artıq maaş veriləcək

Bir səhv atəş açılarsa, müharibə başlayacaq

Bir səhv atəş açılarsa, müharibə başlayacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.