"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ciddi islahatlar aparılmasının zamanı çatıb”

17 Noyabr 2021 - 15:18
in MANŞET

Qüdrət Həsənquliyev: “Hökumət bu barədə ciddi düşünməlidir”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Dünən növbəti erməni təxribatının qarşısının alınması zamanı şəhidlər vermişik, yaralılarımız var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara Allahdan şəfa diləyirəm. Ermənistan əmin olmalıdır ki, bizi danışıqlar yolu ilə növbəti 30 il aldada bilməz. Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bundan sonra regiona sülh, inkişaf və rifah gələcək”. Bu fikirləri Milli Məclisdə Dövlət sosial müdafiə fondunun 2022-ci illə bağlı büdcəsinin müzakirəsi zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib.
Millət vəkili “mən komitə iclasında da söylədim. Biz danışırıq ki, kəndlər boşalır, kənd yolları pis vəziyyətdədir, yolara asfalt vurulmalıdır, su, qaz yoxdur və.s. Amma çox təəssüf ki, büdcə müzakirələrində bir çox lazımi məsələlərə diqqət yetirmirik”, – deyə əlavə edib: “Bunlardan biri odur ki, Hesablama Palatasının rəyində qeyd olunan risklərdən necə xilas ola biləırik, necə edək, hansı islahatları aparaq ki, büdcə gəlirləri artsın, ixracda qeyri-neft məhsullarının payı yüksılsin, yeni iş yerləri açılsın, gənclər iş üçün ölkəni tərk etməsinlər. Büdcə vəsaitlərindən necə səmərəli istifadə edək, səmərəliliyi təmin etmək üçün hansı addımları ataq və.s. Müzakirə olunan məsələ ilə bağlı demək istəyirəm ki, Hesablama Palatasının rəyində də qeyd olunur, “verilən izahatda məlumatlılıq səviyyəsi çox aşağıdır. O cümlədən izahatda qanun layihəsində debitor borclar üzrə gəlir potensialının nəzərə alınması vəziyyəti ilə bağlı məlumatlar əks olunmayıb. Bu həmin mənbə üzrə imkanlardan istifadə potensialını qiymtələndirmək imkanını məhdudlaşdırıb. Fondun real gəlirlərinin müəyyənləşdirilməsi və bu istiqamətdə görülmüş tədbirlərin nəticəliliyini qiymətləndirməyə şərait yaratmayıb”. Qeyd etdiyim sitat Hesablama Palatasının rəyində yer alıb. Ona görə də millət vəkillərinə bununla bağlı cavab verilməli və izahat verilməldir ki, bu niyə belədir? Niyə şəffaflıq lazımınca təmin olunmayıb? Bundan başqa mən bir neçə vacib məsələyə toxunmaq istəyirəm. Bir dəfə bizi Ceyhun Bayramov təhsil naziri kimi Olimpiada iştirakçılarının mükafatlandırılması mərasiminə dəvət etmişdi: “Biz həmin tədbirdə iştirak etdik. Orada deputatların diqqətini cəlb etdi ki, bizim uşaqlar nə qədər arıqdır. Adamda təəssürat yaranırdı ki, onlar sanki distrofiyaya uğrayıblar. Bəzilərinin belləri bükülüb, boyları isə çox balaca. Məsələn SSRİ dağılandan sonra həm Avropada, həm də Rusiyada insanların boyu artıb. Bizdə isə SSRİ dövrü ilə müqayisədə orta boy 5 santimetr aşağı düşüb. Sözsüz ki, bu, qidalanma ilə bağlıdır. Uşaqlar normal qidalanmalıdır. Ət, toyuq əti, balıq verilməlidir. Balıq istehlakı Azərbaycanda normadan 3 dəfə aşağıdır. Bunun üçün ən azı 10 yaşına qədər olan uşaqlarımıza müavinət verilməlidir. Əmək və əhalinin sosial müdafiəsi naziri deyir ki, 211 min pensiyanı ləğv edib, 500 min manata qənaət edib. Əgər bunu siz istənilən psixoloqa təqdim eləsəniz, deyəcək ki, burada məqsəd vəsaitə qənaət etməkdən ibarət olub. Ona görə də mən, təklif edirəm ki, ünvanlı sosial yardımlarının verilməsi məsələsi bələdiyyələrə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın. Nazirliyin tərkibində olan müvafiq komissiya ləğv edilməlidir. Səhiyyə Nazirliyinin verdiyi arayış əsasında insanlara əlillik təyin edilməlidir”.
Millət vəkili həmçinin Azərbaycanda boşanmaların sayının artması ilə bağlı problemləri diqqətə çatdırıb: “Təxmini hesablamalara görə, ilin I yarısında 23 min nigaha girilib, onun 8 mini boşanıb. Tək uşaq böyüdən analara xüsusi diqqət göstərilməlidir, onlara məvacib verilməlidir. Məsələn Azərbaycanda 5 uşaqlı anaya cəmi 55 manat müavinət verilir. Rusiyada 3 və daha artıq uşağı olan anaya, əgər ailə mənzil növbəsinə dayanıbsa, onlara növbədənkənar, birbaşa dövlət tərəfindən mənzil verilir. Mən bunu müqayisə üçün qeyd edirəm. Ona görə də müavinətlərin artırılmasını faizlə deyil, rəqəmlə göstərmək lazımdır. Rəqəmlərlə demək lazımdır ki, xalqımız bilsin, neçə manat müavinət alırdı və artım nəticəsində nə qədər alacaq? Rəqəmlərlə göstərildikdə biz görəcəyik ki, bu rəqəmlər çox cüzidir. Ona görə də mən, hesab edirəm ki, ciddi islahatlar aparılmasının zamanı gəlib çatıb. Hökumət bu barədə ciddi düşünməlidir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Argentina DÇ-2022-yə yüksəlib

Next Post

Gürcüstan Prezidenti: “Saakaşvilinin statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Gürcüstan Prezidenti: “Saakaşvilinin statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır”

Gürcüstan Prezidenti: “Saakaşvilinin statusuna hörmət edilməli, şərəf və ləyaqəti qorunmalıdır”

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

Türkiyə səfiri Ermənistanla sərhəddə şəhid olan hərbçilərin yaxınlarına başsağlığı verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.