"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Simeon Slavçev: “Qarabağ”dan “Levski”yə dönmək geriyə addım idi”

19 Noyabr 2021 - 15:46
in İDMAN

“Levski” ilə yollarımızı artıq ayırmışıq. Orada qalmaq uğurlu və cəlbedici deyildi”.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Bunu “Levski”dən ayrılan “Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev deyib.

Ölkəsində Blitz TV-yə müsahibə verən 28 yaşlı orta sahə oyunçusu ötən il Azərbaycan təmsilçisindən “Levski”yə keçdiyi üçün peşman olduğunu gizlətməyib: “Hələ “Qarabağ”da olanda bir gün “Levski”yə qayıdacağıma əmin idim. Sadəcə, nə vaxt olacağını bilmirdim. Amma deyəsən, 7 il legioner həyatı yaşadıqdan sonra Bolqarıstana qayıtmaqda erkən addım atdım. Bu mənada “Qarabağ”dan “Levski”yə dönmək geriyə doğru atılmış addım idi. Komanda tamam başqa cür olsaydı, yaxşı çıxış etsəydim və zədəm olmasaydı, bəlkə də, geriyə addım olmazdı. Millidə, Polşada, Kiprdə, Azərbaycandakı oyunumu burada sərgiləyə bilmədim. Ardıcıl zədələr, düzgün bərpa dövrü keçməmək bunda böyük rol oynadı. Mənim üçün uğurlu dövr deyildi”.

“Sportinq”, “Bolton”, “Apollon”, “Lexiya” kimi klublarda legioner həyatı yaşamış Bolqarıstan millisinin üzvü ən çox “Qarabağ”da qazandığını söyləyib: “Azərbaycanda yaxşı idi, hər şey vaxtında ödənilirdi. “Qarabağ”da işlər peşəkar şəkildə görülürdü. Bəli, orada yaxşı ödəniş olur, amma nəticənin də 100 faiz olması gözlənilir. Saat 11-də bazaya gedirsən, axşam saat 8-də çıxırsan. Hətta əlavə məşq də olurdu. Hər gün idman zalında hazırlıq var və 8 saat bazada olursunuz. “Qarabağ”da nəticə də var – 8-9 ildir avrokubokların qruplarında iştirak edirlər. Çempionlar Liqasında, Avropa Liqasında oynayıblar, mütəmadi avrokuboklardadırlar. Orada olduğum iki ildə iki dəfə Avropa Liqasının qrupunda çıxış etmişəm. Uğur hər kəsin peşəkar şəkildə işləməyi bacarması ilə əldə edilir. Orada oyunçuları çox diqqətlə seçirlər, bütün səlahiyyətlər baş məşqçidədir”.

Slavçev ən yaxşı dövrünü isə “Lexiya”da keçirdiyini vurğulayıb: “Lexiya” xüsusi qeyd etməliyəm. İki il orada oldum, bu müddətdə çox əyləndim. Çünki komandanın çox azarkeşi var idi, peşəkar iş gedirdi. Orada çox yaxşı oynadım və özümü xoşbəxt hiss etdim. “Lexiya”dan sonra “Qarabağ”da futboldan həzz aldım”.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci ilin yayından 2019-cu ilin dekabrına qədər “Qarabağ”ın formasını geyinib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

AFFA Gəncə klubunu çempionatdan kənarlaşdırıb

Next Post

“Bazel”in hücumçusu ilə “Barselona” maraqlanır

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
“Bazel”in hücumçusu ilə “Barselona” maraqlanır

"Bazel"in hücumçusu ilə "Barselona" maraqlanır

Qobustanda insan sümükləri aşkarlandı

Qobustanda insan sümükləri aşkarlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.