Türkiyənin Tokat rayonunun Günəbaxan kəndində 4 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Zəlzələnin yerin 9,7 kilometr dərinliyində meydana gəldiyi bildirilir.
Bu yeraltı təkanlardan 1 dəqiqə sonra 3,6 bal gücündə daha bir zəlzələ baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.





