15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Yığma noyabrın 22-dən 28-dək Qəbələdə təlim-məşq toplanışı olacaq.
Hazırlığa 24 futbolçu çağırılıb ki, onlardan yalnız 1-i legioner həyatı yaşayır. Bu, İspaniyada “Marset”in formasını geyinən İsmayıl Ələkbərovdur.
Toplanışdan bir gün əvvəl – yəni sabah futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək. Komandamız hazırlıq çərçivəsində ayın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək.
| 1 | Zeynalov | Qədir | Səbail |
| 2 | Əlizadə | Ayxan | Sabah |
| 3 | Həsənov | Teymur | Qarabağ |
| 4 | Hüşənov | Həbib | Qəbələ |
| 5 | Qurbanov | Elvin | Neftçi |
| 6 | Orucov | Nadir | Sumqayıt |
| 7 | Paşayev | Vüsal | Sumqayıt |
| 8 | Əhmədov | Səmid | Qəbələ |
| 9 | Nəbizadə | Əli | Səbail |
| 10 | Avəzov | Ramin | Sabah |
| 11 | Məmmədov | Murad | Neftçi |
| 12 | Əhmədov | Fərid | Neftçi |
| 13 | Muradov | Amin | Neftçi |
| 14 | Babayev | Elmar | Sabah |
| 15 | Niftiyev | Səbuhi | Qarabağ |
| 16 | Aslanzadə | Əli | Neftçi |
| 17 | Şəkərxanov | Ziya | Qəbələ |
| 18 | Babazadə | Eltun | Qarabağ |
| 19 | Ələkbərov | İsmayıl | Marset (İspaniya) |
| 20 | Hüseynli | Atilla | Sabah |
| 21 | Qasımov | Amid | Qarabağ |
| 22 | Məmmədov | Raul | Səbail |
| 23 | Şəkixanov | Emil | Qəbələ |
| 24 | Əlizadə | Məhəmməd | Zirə |




