"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

AZƏRBAYCAN TİBB UNİVERSİTETİ NÖVBƏTİ UĞURA İMZA ATIR

24 Oktyabr 2014 - 12:41
in XƏBƏR LENTİ

29-31 oktyabr 2014-cü il tarixində Böyük Britaniyanın Liverpul şəhərində Avropa Cərrahi Onkologiya БезымянныйCəmiyyətinin (ESSO) təşkilatçılığı ilə Dünya Konqresi keçiriləcək. Cəmiyyətin təşkil etdiyi 34-cü Dünya Konqresində ölkəmizi Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Torakoabdominal şöbəsinin rəhbəri, tibb elmləri doktoru Ramiz Bayramov təmsil edəcək. Cəmiyyətin rəsmi saytından göründüyü kimi həmyerlimiz mədə xərçənginin cərr ahi müalicəsinə dair elmi məruzə ilə çıxış etmək üçün dəvət edilmişdir. Konqresin proqramı ilə tanış olarkən diqqət yetiriləsi məsələlərdən biri də ondan ibarətdir ki, qonşu ölkələrimizdən yalnız Rusiyadan bir mütəxəssisin, keçmiş SSRİ respublikalarından isə Rusiyadan başqa yalnız Ukraynadan bir müəllifin məruzələri konqresin elmi proqramına salınmışdır. Xüsusi maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, çıxış üçün Rusiyadan dəvət almış məruzəçi ‒ Z.Məmmədli N.N.Bloxin adına ROEM-in əməkdaşı kimi kongresdə dünya mütəxəssislərinə Rusiyanın Onkologiya elminin nailiyyətlərini təqdim etsə də, milliyyətcə azərbaycanlıdır və Azərbaycan Tibb Universitetinin 1996-cı il məzunudur.
Azərbaycan Tibb Universitetinin rəsmi saytından və mediadan aldığımız məlumatlara əsasən qeyd etmək istəyirik ki,hazırkı kongres t.e.d. R.Bayramovun Avropada keçirilən mötəbər konqreslərdə ölkəmizi elmi çıxışları ilə təmsil etdiyi ilk elmi tədbir deyildir. O, Avropa Onkoloqlar Cəmiyyətinin (ESMO) Gastrointestinal Bədxassəli Şişlərə dair 14-cü Dünya Konqresində (Barselona, 2012), 15-ci Dünya Konqresində (Barselona, 2013) və 16-cı Dünya Konqresində (Barselona, 2014) mədə-bağırsaq sistemi xərçənginin cərrahi müalicəsində əldə etdikləri nailiyyətlərlə bağlı çıxış üçün dəvətlər almış və hər üç kongresdə öz məruzələri ilə ölkəmizin onkologiya elmini layiqincə təmsil etmişdir.
Sonda qeyd edək ki Avropa Cərrahi Onkologiya Cəmiyyəti (ESSO) Dünya Konqresini ildə bir dəfə olmaq şərtilə hər il Avropada keçirir. Konqresin məqsədi və vəzifəsi cərrahi onkologiyaya dair nailiyyətləri bölüşdürməkdən, yaymaqdan, beləliklə də onkoloji xəstələrin sağalması istiqamətində yeni ipucları verməkdən ibarətdir. Konqresdə ABŞ-dan Yaponiyayadək dünyanın bütün olkələrindən minlərlə cərrah-onkoloq iştirak etsə də məhdud sayda mütəxəssislər çıxış üçün dəvət alırlar. Başqa sözlə, çıxış üçün konqresə müvafiq sahədə böyük təcrübəyə və nailiyyətə malik mütəxəssislər və ekspertlər dəvət edilirlər.
Konqresin elmi proqramı ilə aşağıdakı linklə tanış olmaq olar:

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

http://www.ecco-org.eu/Events/ESSO34Baso2014

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xoşqədəm Hidayətqızı sükutu pozdu

Next Post

Baş Prokurorluq və FHN-dən əməliyyat

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Baş Prokurorluq və FHN-dən əməliyyat

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən lent.az-a verilən məlumata görə, bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın"SHINYEI OYO S-İ" şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub. Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edərək, "biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik"- deyib. Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib. Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.