"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qızının toyuna buraxılan seperatçı məhbus müsahibə verdi

24 Oktyabr 2014 - 12:27
in CƏMİYYƏT, FLƏŞ

Hilal Məmmədov: “Zabit kollektivi və dustaqlar məni təntənəli şəkildə yola saldı”

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

69225_res_01Xəbər verdiyimiz kimi, məhbus hüquq müdafiəçisi Hilal Məmmədov oktyabrın 23-də Bakıdakı 17 saylı Cəzaçəkmə Müəssisəsindən müvəqqəti azadlığa buraxılıb. Ona qızının oktyabrın 24-də keçiriləcək toy mərasimində iştirak icazəsi verilib.

Hilal Məmmədov 2012-ci ilin iyun ayında tutulub, 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dövlətə xəyanətdə, milli ayrı-seçkilik salmaqda və narkotik ticarətində təqsirli bilib.

Hilal Məmmədov oktyabrın 24-də “Media forum” saytının şüalarını cavablandırıb. Virtualaz.org həmin müsahibəni təqdim edir:

– Övladınızın toyuna buraxılmısınız…

– Bu, böyük bir hadisədir. Məni övladımın şad günündə iştirak etmək imkanı qazanmaqdan daha çox bunun ilk belə hal olması sevindirir. Ümid edirəm ki, bu hal gələcəkdə digər məhbuslara şamil olunar. Övladının şad günündə iştirak etmək haqqının ilk olaraq mənə şamil olunması ikiqat sevinc yaradır. Qanunvericiliyə əsasən, ciddi rejimli həbsxanada saxlanılan dustaqların hər hansı bir mərasimdə iştirak etməsi nəzərdə tutulmayıb. Buna baxmayaraq mənə belə bir imkan yaradıldı.

Görünür, həm də gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklər olmalıdır. Saxlanma rejimindən asılı olmayaraq bütün məhbuslara övladlarının şad günündə iştirak etmək imkanı verilməlidir. Bu, çox yaxşı olardı.

– Qızınızın toyunda iştirak etməyə icazə almaq üçün müraciət etmişdiniz?

– Bir ay əvvəl ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdim. İki-üç cümləlik ərizədə qeyd etmişdim ki, oktyabrın 24-də qızımın toyu olacaq. Övladımın sevincini bölüşmək üçün mənə qısa müddətə icazə verilməsini xahiş etmişdim. Ərizənin bir surətini Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Mədət Quliyevə, bir nüsxəsini isə saxlandığım cəzaçəkmə müəssisəsinin rəisinə göndərmişdim.

İki gün əvvəl eşitdim ki, hökumət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət İnsan Hüquqları üzrə Birgə Qrup yaradılıb, qrupun iclasında mənim qızımın toyunda iştirak etməyim gündəmə gəlib. Bu məsələnin əsas təşəbbüskarı hüquqlarımı müdafiə edən ictimai komitəsinin sədri, Birgə Qrupun üzvü Arzu Abdullayeva olub. O həm də mənim müəssisəyə qayıdacağıma zamin durub. Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm.

– Sizə toyda iştirak icazəsi verildiyini kimdən eşitdiniz?

– Oktyabrın 22-də evə zəng vurmuşdum. Qardaşım dedi ki, İnsan Hüquqları üzrə Birgə Qrupun iclasında müvəqqəti azadlığa çıxmaq məsələsi müzakirə olunub və razılıq verilib, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə yenidən ərizə yazmalısan. Təcili ərizə yazdım və göndərdim. Müəssisədə bildirdilər ki, prezident İlham Əliyev özünün müstəsna səlahiyyətlərindən istifadə edərək toyda iştirak etmək üçün icazə verir.

– Azadlıqda nə qədər qalacaqsınız?

– Oktyabrın 23-də saat 19-da müəssisədən çıxmışam və bu gün saat 19-da qayıtmalıyam. Çox sağ olsunlar ki, sonradan bir neçə saat əlavə vaxt verdilər, saat 22-də müəssisədə olmalıyam.

– Həbsxanadan çıxanda sizi kimlər qarşıladı?

-Yaxınlarım, hüquq müdafiəçisi Arzu Abdullayeva və politoloq Zərdüşt Əlizadə. Onlara da təşəkkürümü bildirirəm.

– Övladlarınızın ilk xeyir işidir?

– Bəli, iki övladım var. Biri qız, digəri oğlandır.

– Cəzaçəkmə müəssisəsində saxlanma şəraitiniz necədir?

– Xüsusi bir şikayətin yeri yoxdur. Zindan hər zaman zindandır. Mənim üçün ünsiyyət və münasibət önəmlidir. Bu baxımdan heç bir problemim yoxdur. Həm dustaqlarla, həm də müəssisə rəhbərliyi ilə normal ünsiyyətim var və mənə normal münasibət göstərirlər. Qızımın toyunda iştiraka icazə verilməsi həm müəssisə əməkdaşlarının, həm də bütün dustaqlarının böyük sevincinə səbəb oldu. Zabit kollektivi və dustaqlar məni təntənəli şəkildə yola saldı. Bu sevinc islah edənlərlə islah olunanları birləşdirdi. Bunun özü böyük bir hadisədir.

– Qəzetləri ala bilirsinizmi?

– Qardaşım hər dəfə görüşə gələndə “Azadlıq” qəzeti gətirir, amma qəzeti saxlandığım korpusa aparmağa icazə verilmir. Ona görə də qəzeti kitabxanada oxuyuram.

– Saxlandığınız müəssisədə sizdən başqa ictimai-siyasi məhbuslardan kimlər var?

– Bir neçə ay öncə sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevi gətiriblər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan hərbçilərinə yeni geyimlər verildi – (Fotolar)

Next Post

“Azərbaycan Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

"Azərbaycan Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşır"

Xoşqədəm Hidayətqızı sükutu pozdu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.