"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Putindən sonra Rusiya dağılacaq? – Təhlükəli proqnozlar

21 Noyabr 2021 - 16:04
in SİYASƏT

Kremlə yaxın ekspertlər Putin sonrası dövrlə bağlı müzakirələri genişləndiriblər. Verilən proqnozlar Rusiya üçün optimizm vəd etmir. Misal üçün, uzun illər Rusiya Prezidentinin məruzələrini hazırlayan siyasi texnoloq Abbas Qalyamovun fikrincə, Vladimir Putin hakimiyyət kürsüsünü tərk edəndən sonra ölkədə 1990-cı illəri xatırladan xaos başlayacaq. “Mərkəzi hakimiyyət zəiflləməklə bərabər Rusiyanın bölgələri daha çox müstəqillik tələb edəcəklər” deyən rusiyalı siyasi texnoloq yeni münaqişələrin və səfalətin başlanacağını proqnozlaşdırıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya Prezidentinin keçmiş köməkçisi Vladislav Surkov da oxşar proqnozla çıxış edib:

“Vladislav Surkov da Abbas Qalyamov kimi Rusiya üçün 20 illik sabitlik dövrünün sona yaxınlaşdığını – Putindən sonra Rusiyada siyasi xaosun başlanacağını proqnozlaşdırıb. Surkovun fikrincə, proseslər yeni prezidentin gücü və bacarığından asılı olmayaraq cərəyan edəcək. Yəni növbəti prezident Putin qədər güclü və xarizmatik olsa belə, Rusiya təlatümlərdən qurtulmayacaq.

Surkovun gələcək təlatümlərdən qorunmaq üçün irəli sürdüyü təklif Rusiyanı daha çox xaosa sürükləmək iqtidarındadır. Surkovun təklifinə görə, xaosdan qorunmaq üçün xaosu Rusiyanın kənarlarına keçirmək lazım gələcək. Surkov buna misal olaraq ABŞ-ın siyasətini göstərib. Onun sözlərinə görə, Vaşinqton dünyada daimi əsasda müxtəlif münaqişələr yaradıb onları idarə etməyə çalışmaqla xaosu Amerikadan kənarda tuta bilir, “Rusiya da oxşar siyasətdən istifadə etməlidir” – yazıb Surkov.

Surkov təlatümlərin yalnız Rusiyanı əhatə etməyəcəyini, dünyada yeni imperialist müharibələrin başlanacağını proqnozlaşdırıb. Surkovun fikrincə, Rusiya da bu müharibələrdə iştirak edəcək və ərazilərini genişləndirmək məcburiyyətində qalacaq”.

Politoloqun fikrincə, bu şəxslərin Rusiyanın gələcəyinin təhlükələrlə bol olacağına əminliklərini bildirməsi ciddi siqnaldır:

“Bu o deməkdir ki, onların təbirincə desək, Putin dövründə Rusiyada 20 illik sabitlik hökm sürsə də, artır bunun sonuna az qalıb və Rusiyada mərkəzdənqaşma və ya dağılma prosesi sürətlənəcək.

Yaşlaşan Putini keçmiş köməkçilərinin proqnozları qorxutmalıdır. Rusiya nüvə dövlətidir və məntiqlə bu kimi dövlətlərdə qeyri-sabitlik başqa dövlətlərə sərf etməməlidir. Buna baxmayaraq, məhz Putinin 20 ildir həyata keçirdiyi siyasət nəticəsində Rusiyanın dağılmasını və ya zəifləməsini arzulayan dövlətlərin və mərkəzlərin sayı artıb. Həmin dövlətlər və mərkəzlər düşünürlər ki, Rusiya zəifləməlidir ki, bu dövlətin başı özünə qarışsın və qonşularına problemlər yaratmaq iqtidarında olmasın. Ukrayna Krımı və Donbası, Gürcüstan Abxaziya və Cənubi Osetiyanı geri qaytarmaq, Azərbaycan rusiyalı hərbçilərin bölgəni tərk etməsini, Yaponiya tarixən ona məxsus Kuril adalarını istəyir, ABŞ, Avropa İttifaqı və NATO-nun da gözləntiləri az deyil”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Qızıl top”a ən çox namizəd olub, ilk “10-luğ”a düşə bilməyənlər

Next Post

Saakaşvilinin məktubu yayıldı: Baydendən nələr istəyir?

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Saakaşvilinin məktubu yayıldı: Baydendən nələr istəyir?

Saakaşvilinin məktubu yayıldı: Baydendən nələr istəyir?

Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub

İran Türkmənistandan qazın Azərbaycana svop olunması üzrə danışıqlar aparır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.