"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Bakını dağıdan və DYP-də mövcud olmayan 90 MP 090 nömrəli maşınlar kimindir… (Fotolar, Video)

24 Oktyabr 2014 - 12:57
in GÜNDƏM

69234_res_01Bir neçə gün əvvəl 90 MP 090 dövlət nömrə nişanı, «İnfiniti» markalı avtomobilin Mərdəkan qəsəbəsində avtoxuliqanlıq etməsi barədə məlumat yayılmışdı.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Avtosfer.az saytının apardığı araşdırmalar zamanı maraqlı məlumatlar əldə edilib. Məlum olub ki, həmin nömrəli avtomobil Rauf adlı şəxsə məxsusdur və bu nömrənin olduğu avtomobillərlə «avtoş»luq edir. Youtube sosial şəbəkəsində aparılan axtarışlar zamanı isə daha maraqlı məqamlar ortaya çıxıb. Məlum olub ki, 90 MP 090 dövlət nömrə nişanı bəzən eyni vaxtda, bəzən isə ayrı-ayrı vaxtlarda müxtəlif modeldən olan avtomobillərin üzərində olub. Həmin modellərin siyahısı:

«İnfiniti», «Porcshe», «Mersedes Bens – Galendewagen», «Mersedes S class».

Bu avtomobillərin hər biri ilə ayrı-ayrı vaxtlarda videolar çəkdirən nömrənin sahibi görüntüləri sosial şəbəkələrdə paylaşıb. Bu işə hobbi kimi yanaşan sürücü «ardı var» yazaraq, sanki serial çəkir. Onun «İnfiniti» və «»«Mersedes S class»la etdiyi təhlükəli hərəkətlər göz qabağandadır. Aaeroport yolunda avtomobili 220 km/saat sürətlə idarə edən sürücü bunu da sosial şəbəkələrdə yayıb.

Bundan başqa, sürücü həmin avtomobili sərt döngədə təhlükəli manevrlər edərək «qəhrəmanlıq» nümayiş etdirib. Saytın məlumatına görə, bu nömrəli avtomobil tez-tez Yasamal Payon Prokurorluğunun qarşısında olur.

Sayt bu «qəhrəman»ın kimliyini, daha doğrusu, bu nömrənin və avtomobilin kimə məxsus olması ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum oldu ki, 90 MP 090 dövlət nömrə nişanı Dövlət Yol Polisinin Mərkəzi Məlumat Xidməti (MMX) sistemində mövcud deyil. DYP avtomobillərinin birindəki bort-komputer vasitəsilə həmin nömrə yoxlanılıb və ekranda «bu nömrə mövcud deyil» yazılıb. Belə olduğu halda, bu o deməkdir ki, bu nömrə ya saxtadır, ya da DYP-nin sistemində gizlədiblər.

DYP-nin sistemində nömrə gizlətmək isə hər adama nəsib olmur və bunu «qara münasibətlər» əsasında DYP-nin özü edə bilər. Yəni, həmin nömrənin sahibi DYP ilə «aylıq sövdələşmə» əsasında nömrəni yol polisinin sistemində gizlədir. Bununla da, o, hər hansı qayda pozuntusu törədərkən DYP-nin kameralarına və radara düşmür. Kamera və ya radar bu maşını çəksə belə, sistemdə nömrə barəsində heç bir məlumat olmadığı üçün cərimə protokolu yazılmır və sürücünün ünvanına da heç bir məktub göndərilmir.

Hər halda, nömrəni DYP sistemində gizlədən və ya saxta nömrə ilə maşın sürən şəxs sıradan biri deyil. Belə hərəkətlərə yol verən şəxslərlə bağlı isə Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib və onların cəzalandırılması barədə göstəriş verib. Təcrübə göstərir ki, artıq Prezidertin tapşırığından sonra cəzalanan məmur övladları olub. Elədirsə, bu nömrənin sahibinin də tapılıb cəzalandırılması DYP üçün çətin olmaz və bu qədər fakt qarşısında susmağa dəyməz. İlk növbədə nömrənin saxta olub-olmaması araşdırılmalıdır. Saxtadırsa, DYP hara baxır. Saxta deyilsə, bir nömrə 4 maşının üstünə necə və hansı tarixlərdə taxılıb? Üstəlik, saxta olmayan nömrə DYP-nin sistemində niyə görsənmir? Bu qədər kobud qayda pozuntularına görə həmin sürücüyə qarşı hansı tədbirlər görülüb?

Güman edirik ki, DYP bu suallara cavab verdikdən sonra məsələ tam aydınlaşacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan və Yaponiya seysmoloqlarının palçıq vulkanlarının öyrənilməsi və Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində əməkdaşlığı genişləndirəcək. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən lent.az-a verilən məlumata görə, bu barədə Mərkəzin baş direktoru Qurban Yetirmişli və Yaponiyanın”SHINYEI OYO S-İ” şirkətinin seysmik avadanlıqların istehsalı və tətbiqi üzrə baş mühəndisi Enji Koide arasında keçirilən görüşdə razılıq əldə olunub. Enji Koide Azərbaycan seysmoloqlarının seysmik müşahidələrin aparılması, eləcə də palçıq vulkanları ilə zəlzələlər arasında əlaqənin öyrənilməsinə dair maraqlı işlər apardıqlarını və Yaponiyada bu işlərin böyük maraq doğurduğunu qeyd edərək, “biz gələcəkdə bu sahədə sizinlə təcrübə mübadiləsinin genişləndirmək niyyətindəyik”- deyib. Q.Yetirmişli isə ötən il Azərbaycan ərazisində baş verən vulkanın püskürməsi zamanı aparılan seysmoloji müşahidələr haqqında qonağa ətraflı məlumat verib. Görüşdə həmçinin Bakıda tikilən hündürmərtəbəli binalarda seysmik monitorinqin aparılması sahəsində Azərbaycan və Yaponiya seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsi haqqında da fikir mübadiləsi aparılıb.

Next Post

“Aygün Kazımovanın psixoloji problemləri var” – Psixoloq

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

“Aygün Kazımovanın psixoloji problemləri var” - Psixoloq

Putin: “Dünya liderliyinə iddia eləmirik...”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.