"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiyanın oyununda İrəvan yalnız piyadadır – Korotçenko

23 Noyabr 2021 - 18:16
in ÖNƏMLİ

Soçidə yaxın günlərdə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə gözlənilən üçtərəfli görüş fonunda bu gün Nikol Paşinyanın Feysbuk hesabında keçirəcəyi mətbuat konfransı erməni istifadəçilər üçün son dərəcə maraqlı görünür.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Elchi.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, İrəvanın Üçtərəfli Bəyanat üzrə öhdəliklərini (ilk növbədə Zəngəzur nəqliyyat dəhlizinin işə salınması, o cümlədən Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasına başlanması) əməli şəkildə yerinə yetirməsində israr edən Kremlin aydın mövqeyini nəzərə alaraq, Paşinyan Ermənistan cəmiyyətinə bu qərarların qaçılmazlığını izah etməli olacaq. Bu da təbii ki, Ermənistanın hazırki baş nazirinə qarşı müxalifətin növbəti hücumlarının artmasına səbəb ola bilər:

“Məhz buna görə də Paşinyan bu gecə Ermənistan cəmiyyətinə çox yaxın vaxtlarda təqdim edəcəyi “acı həb”i şirinləşdirməli, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin qaçılmazlığının lehinə ən tutarlı arqumentlər tapmalı olacaq”.

Korotçenko bildirib ki, son aylarda erməni lobbisinin səyləri ilə Rusiyanın media məkanında Böyük Turanın dirçəliş təhlükəsini şişirtmək və Türkiyəni iblisləşdirmək üçün həyata keçirilən genişmiqyaslı kampaniya heç bir real nəticə vermədi:

“Fakt budur ki, Ankara ilə münasibətlərə dair bütün əsas qərarları şəxsən Vladimir Putin verir, erməni lobbisinin səyləri isə yalnız təbəssüm yaradır. Burada ən yaxşı nümunə Dmitri Peskovun Ərdoğana hədiyyə verilən (MHP sədri Dövlət Baxçalı tərəfindən – red) qədim türk torpaqlarının xəritəsini Kremlin görüb-görməməsi sualına cavabında sakit ironik reaksiyasıdır”.

Rusiyalı politoloqun fikrincə, bu gün Putin Qərbə qarşı eyni vaxtda geosiyasi şahmat oyununun bir neçə seansını keçirir, onun məqsədi Rusiyanın XXI əsrdə qalibiyyət mövqeyini təmin etməkdir. Və bu oyunda Ermənistan bu gün şahmatdakı kimi fil və ya top deyil, sadəcə bir piyadadır:

“Yuxarıdakı müqayisə ilə heç kimi incitmək istəmirəm, amma bu, sadəcə olaraq mövcud reallıqların ifadəsidir. Əvvəlki onilliklərdə Rusiya Ermənistana milyardlarla dollar sərmayə qoyub və onu Cənubi Qafqazdakı ən mühüm hərbi-güc aktivi kimi gücləndirib. 44 günlük müharibənin reallıqları göstərdi ki, bu cür gözləntilər tamamilə özünü doğrultmur – rus pulları və rusların səyləri boşa çıxdı.

Odur ki, Kremlin geosiyasi oyununun yeni sessiyasında Ermənistan bu gün kədərli yerə (özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində) malikdir və başqa heç nə yoxdur. Məşhur rus atalar sözündə deyildiyi kimi, “Ayağını paltarına görə uzat”. İkinci Qarabağ müharibəsində qalib gəlmək lazım idi, amma uduzdunsa, onda yalnız e2 – e4 yolu ilə hərəkət edən piyada rolunu oynayacaqsan. Və başqa heç nə. Ancaq Rusiya Federasiyasının himayə altında və tərəfində”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eyvazovun birinci müavini Soylu ilə görüşdü

Next Post

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 1904 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycanda son sutkada 1904 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.