"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ölüm yolu”… – FOTOLAR, VİDEO

24 Oktyabr 2014 - 19:45
in CƏMİYYƏT
Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi sakinləri şikayət edirlər. img1662989
Sakinlərin şikayəti Zabrat-Maştağa yolunun qəsəbədən keçən hissəsinə görədir. Həmin yoldan piyadaların keçməsi üçün heç bir şəraitin olmaması və buna görə də, bir neçə nəfərin həyatını itirməsi, sakinləri qəzəbləndirib.
Qəsəbə sakinləri iki il öncə yolu bağlayaraq öz etirazlarını bildirmişdilər. Aksiyaya səbəb isə, yolu keçən bir şagirdi avtomobilin vurması olmuşdu. Həmin tarixdə yolu bağlayan qəsəbə sakinlərinə ən qısa zamanda bu problemin həll ediləcəyini desələr də, problem olduğu kimi qalır.
Sakinlərin şikayəti əsasında qəsəbəyə yollandıq. Sakinlərin şikayət etdikləri yolu keçməli olduq. Amma bunun üçün bizə 10-15 dəqiqə vaxt tələb olundu. Çünki keçid yox idi. Avtomobillər də sıx hərəkət etdiyi üçün gözləməli olduq. Yolu keçərkən isə qaçmaq vacib idi.
Qəsəbə sakinləri ilə görüşdük. Hər kəs adı çəkilən yoldan şikayət edirdi.
Kəndin ağsaqqalı deyir ki, məktəbə gedən uşaqlara görə çox narahatdırlar: “Yolun o biri tərəfində 71 və 75 nömrəli məktəblər var. Qəsəbənin uşaqları həmin məktəblərdə oxuyurlar. Məktəbə getmək üçün gərək yolu keçsinlər. Yolda da keçid, işıqfor, zolaq yoxdur. Maşınlar çox vaxt saxlamırlar. Nəvəm məktəbə gedəndə bütün fikrim onda qalır. Mən yaşlı adamam. Qaça-qaça getmək mənlik deyil. Ona görə də, kimsə mənə kömək etməsə, mən o yolu keçə bilmirəm. Dəfələrlə şikayət eləmişik ki, gəlib ya keçid, ya da işıqfor qoysunlar. Hər dəfə həll edəcəklərini deyirlər. Amma neçə ildir ki, heç nə düzəlməyib. Bir daha xahiş edirik ki, bizim problemimizi həll etsinlər”.

“Bir neçə gün öncə 2 məktəblini maşın vurdu”

Zabrat sakini Fərhad Qafarovun sözlərinə görə, bu vaxta qədər dəfələrlə bu yol ucbatından ölənlər və ağır xəsarət alanlar olub: “Mən bu qəsəbədə doğulmuşam, burada böyümüşəm. Neçə ildir ki, biz bu problemlə üz-üzəyik. Bir neçə gün öncə 2 məktəblini maşın vurdu. Xoşbəxtlikdən ağır xəsarət almadılar. Sürücü əyləci vaxtında sıxa bildi. Biz hər an ölüm təhlükəsi yaşayırıq. Xahiş edirik ki, bizə köməklik göstərsinlər. Bu yola bir keçid və ya işıqfor qoysunlar”.

“Daha bezmişik”

Qəsəbə sakinlərindən biri olan Ədilə Şirinova deyir ki, hər dəfə yolu keçmək istəyəndə ölümlə burun-buruna gəlirlər: “Hamının nəvəsi məktəbdə oxuyur. Hamı işindən-gücündən olub, uşaqlarını məktəbə aparırlar. Daha bezmişik. Yolu keçə bilmirik. Hər dəfə yolu keçmək istəyəndə ölümlə burun-buruna gəlirik. Yaxınlıqda zavod var. Bir az irəlidə bağlar var. Əsas yollardan biri də bu yoldur. Hər gün minlərlə maşın keçir bu yoldan… Yekə KAMazlar, tırlar bu yoldan istifadə edirlər. Balaca maşınlar qarşısına adam çıxanda əyləci sıxa bilər, amma iri tutumlu maşınlar bunu bacarmayacaq. Əzib keçəcək. Bir neçə dəfə də bu, olub. Nə vaxta kimi belə olacaq? Xəstə, yaşlı insanlar var. Onları da nəzərə almalıdırlar, ya yox ?”

“Kim burada keçid və ya işıqfor qoydura bilsə, ona səs verəcəyik”

Sakinlər tələb edirlər ki, ən qısa zamanda bu yolda keçid tikilsin. Olmasa, yolu bağlayacaqlar: “2 il öncə bu yolu bağlamışdıq. Lazım gəlsə, yenə bağlayacağıq. Haqqımızı bir yolla tələb etməliyik. Səsimizi dövlət orqanlarına eşitdirməliyik. Bu yola ən qısa zamanda keçid və ya işıqfor qoyulmasa, yolu yenə bağlayacağıq. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Gəlib, bizə boş yerə vəd verməsinlər. Kim burada keçid və ya işıqfor qoydura bilsə, ona səs verəcəyik. Çünki bizim neçə illik problemimizi həll etmiş olacaq”.
Məhəmməd TÜRKMƏN
Fotolar və video müəllifindir.























Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin: “Dünya liderliyinə iddia eləmirik…”

Next Post

Qalmaqallı daş bazarı bağlandı – FOTOLAR

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Qalmaqallı daş bazarı bağlandı - FOTOLAR

ARDNŞ Rusiyada neft emalı zavodunun inşası ilə bağlı danışıqlar aparır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.