"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

İrəvana qarşı bu siyasət davam etdirilməlidir

24 Noyabr 2021 - 14:32
in GÜNDƏM

Bildiyimiz kimi, 1990-cı illərin əvvəllərində Birinci Qarabağ müharibəsinin aktiv fazasında və 1994-cü ildə atəşkəs imzalandıqdan sonra Ermənistan Qarabağın ətrafındakı 7 işğal edilmiş rayona on minlərlə mina döşəyib. Müharibə zamanı minalar hərbi məqsədlərə xidmət edir. 26 illik atəşkəs zamanı Ermənistanın buralara mina döşəməkdə məqsədi işğalın həmişəlik davam etdirilməsi idi.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Avrasiya İncələmələr Mərkəzinin (AVİM) Qara dəniz və Qafqaz bölgəsi üzrə mütəxəssisi Turqut Kərəm Tuncel deyib. Onun sözlərinə görə, minaların təmizlənməsi hazırda Azərbaycan üçün ən aktual məsələlərdən biridir:

“Ötən il yaşadığımız İkinci Qarabağ müharibəsindən sonra təəssüf ki, bu gün də həmin ərazilərdəki minalar mülki insanların canını almağa davam edir. Belə hadisələrə örnək olaraq bu yay Kəlbəcərdə iki jurnalistin və dövlət rəsmisinin minaya düşməsini göstərə bilərik. Hazırda Azərbaycan üçün 44 günlük müharibədən sonra işğaldan azad edilən ərazilərdə minaların təmizlənməsi ən aktual məsələlərdən biridir. Bunun üçün Azərbaycan davamlı olaraq Ermənistandan minalanmış ərazilərin xəritələrini tələb edir. Çünki bu xəritələr olmadan ərazilərin təmizlənməsi çətindir”.

Ekspert Ermənistanın minalanmış ərazilərin xəritələrinin olmadığı haqqında yalanlarından da danışıb:

“Azərbaycanın bu tələblərinə qarşı Ermənistan əvvəl əlində sözügedən xəritələrin olmadığını dedi. Erməni rəsmiləri Azərbaycanın mina xəritələri məsələsini ortaya ataraq əslində siyasi təbliğatla məşğul olduğu yalanını danışmaqdan da çəkinmədi. Eyni zamanda Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsindəki vəkili Cefri Robertson rəsmi İrəvanın əlindəki mina xəritələrini Azərbaycana verməyini tələb edən hansısa bir beynəlxalq hüquq qaydasının olmadığını demişdi. Əslində vəkilin bu sözləri Ermənistanda mina xəritələrinin olduğunun etirafı idi”.

Kərəm Tuncel Ermənistanın mina xəritələri ilə bağlı mövcud vəziyyətdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını vurğulayıb:

“Bu ilin iyun ayında Azərbaycan 15 erməni terrorçusunun qarşılığında Ağdamda basdırılan 97 min tank və insan əleyhinə minanın yerini göstərən xəritəni Ermənistandan aldı. Ancaq sonradan bu və digər mina xəritələrinin yalnız 25 faiz düz olduğu ortaya çıxdı. Bununla bağlı Ermənistan fərqli bəhanələr irəli sürür. Tektonik hərəkətlər nəticəsində təxminən 30 il öncə döşənən minaların yerlərinin dəyişdiyi, Birinci Qarabağ müharibəsi zamanı bunların tam qeydiyyatının aparılmadığı və xəritələrin hazırlanmadığı, minaların bir qisminin müharibə zamanı Azərbaycan Ordusu tərəfindən basdırıldığı bu bəhanələrdən bəziləridir. Ermənistana güvənmək çətin məsələdir. Ermənistanın hazırda bölgədə sabitliyin bərqərar edilməsinin önəmli mərhələlərindən olan delimitasiya və demarkasiya prosesinə, Zəngəzur dəhlizinin açılmasına və minalanmış ərazilərin təmizlənməsi prosesinə, ümumiyyətlə, sülhə hazırlıq mərhələsinə mane olduğunu görürük. Belə olduğu halda, Azərbaycanın beynəlxalq qurumlar vasitəsilə Ermənistana təzyiq etməyə davam etməkdən başqa yolu qalmır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğandan sonra Ankara-Bakı əlaqələri necə olacaq?

Next Post

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Soçi görüşündən gözləntim budur – Krutakov

Soçi görüşündən gözləntim budur – Krutakov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.