"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan XİN Serj Sarkisyanın “New York Times” qəzetinə verdiyi müsahibəsinə münasibəti

24 Oktyabr 2014 - 23:44
in SİYASƏT
Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri v.i.e Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın hikmet_haciyev_000“New York Times” qəzetinin Ermənistana aid reklam bölməsində 23 oktyabr tarixində verdiyi müsahibəsinə şərh verib.

 

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Azərbaycan XİN  mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, şərhdə bildirilir:

 

“İfrat millətçi, irqçi və şovinist xarakterli çıxışlar edərək, əslində Ermənistanın öz daxilində mövcud olan problemlərdən fikri yayındırmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllinə əngəl yaratmağa çağıran Ermənistan prezidenti Serj Sarkisyana bunları xatırlatmaq istərdik:

 

– Serj Sarksiyanın dövlət idarəçilik metodu bütün meyarlar üzrə hərbi diktaturanın ən ifrat nümunəsidir. Ermənistanın ictimaiyyəti tərəfindən bu idarçəlik üsulu və siyasi sistem hətta kriminal-oliqarx xarakterli hərbi diktatura rejimi adlandırır;

 

– Ermənistanda 2008-ci il prezident seçkilərindən sonra dinc nümayiş iştirakçılarının odlu silahdan atəşə tutulmasını əmr edən və erməni müxalifətinin iddia etdiyi kimi “kriminal qaydalar” əsasında öz rəqiblərinin qətlini sifariş edən Serj Sarkisyanın yürütdüyü siyasət nəticəsində Ermənistanın əhalisinin 40 faizindən artığı ifrat yoxsulluq səviyyəsində yaşayır və demoqrafik fəlakət astanasında olan bu ölkənin xarici borcları ümumi daxili məhsulu bir neçə dəfə üstələyir;

 

– İnsanlığa qarşı cinayət əməllərinə görə bilavasitə məsuliyyət daşıyan və faşizm ideologiyası əsasında irqçi “etno-dini Nzhdehiszm”i – “erməni xalqının etnik üstünlüyü”nü – rəhbərlik etdiyi respublika partiyasının və dövlət siyasətinin hakim irqçi ideologiyası elan edən, öz ölkəsinin gənclərini qonşu xalqlarla gələcək müharibəyə səsləyən Serj Sarkisyanın sülhdən danışmağa nəinki siyasi-hüquqi, hətta əxlaqi-mənəvi haqqı belə yoxdur;

 

– Regional sülh və təhlükəsizlik üçün ən başlıca təhlükə Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi gücdən istifadə edərək, ərazilərinin 20 faizini işğal etməklə, Ermənistan tərəfindən BMT nizamnaməsi və işğal olunmuş ərazilərdə və Ermənistan ərazisində Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə və insanlığa qarşı cinayət törətməklə beynəlxalq humanitar hüquqi kobud şəkildə pozmuşdur. İşğal və təcavüz və insaniyyət qarşı cinayət əməllərinə görə müasir beynəlxalq hüquqda dövlətlərin və hətta fərdlərin məsuliyyəti aydın şəkildə müəyyən olunmuşdur. Bu əməllərə görə Ermənistan və onun indiki rəhbərliyi birbaşa məsuliyyət daşıyır;

 

– BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnamələrini təhrif etməyə çalışan Ermənistan prezidentinin yaddaşını bir daha təzələmək istərdik. BMT Baş katibinin bu qətnamələrlə əlaqədar 1994-cü il 31 oktyabr tarixli SG/SM/5460 saylı bəyanatında deyilir: “BMT-nin mövqeyi TŞ tərəfindən qəbul edilmiş qətnamələrdə əks olunan dörd prinsipə əsaslanır. 1-ci prinsip Azərbaycanın ərazi bütövlüyüdür. 2-ci prinsip beynəlxalq sərhədlərin toxunulmazlığıdır. 3-cü prinsip ərazi əldə etmək üçün zordan istifadənin qəbuledilməzliyidir. 4-cü prinsip bütün xarici qoşunların dərhal və qeyd-şərtsiz bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasıdır”;

 

– Azərbaycan tərəfindən Böyük sülh sazişinin imzalanması və strukturlaşdırılmış əsasda və predmetli şəkildə danışıqların aparılmasının gündəmə gətirilməsi ilə çıxılmaz vəziyyətə düşən Ermənistan prezidenti və xarici işlər naziri son günlər yalnız bəhanələr və əsassız ittihamlara üz tutmuşdur. Məqsədyönlü şəkildə texniki məsələləri gündəmə gətirməklə, Ermənistan diqqəti münaqişənin əsl mahiyyətindən yayındırmağa çalışır;

 

– Sözdə “münaqişənin sülh yolu ilə həllini”, “ATƏT Minsk qrupunun həmsədrlərinin səylərini” dəstəklədiyini deyən Ermənistan real olaraq münaqişənin həlli üçün heç bir addım atmamışdır. Münaqişənin həllinə nail olmaq üçün isə ilk növbədə Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəsmi Rusiya ABŞ-ı dünyanın tarazlığını pozmaqda ittiham edir

Next Post

Ermənistanın partiya sədri: “Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur” – FOTOSESSİYA

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

Ermənistanın partiya sədri: “Vəziyyət o yerə çatıb ki, əhalinin əksəriyyətinin mənzili isitmək imkanı belə yoxdur” - FOTOSESSİYA

Hafiz Hacıyevin müavini Təranə Ramazanlı vəfat edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.