ABŞ və Taliban nümayəndə heyətləri Qətərdə görüşüb.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş zamanı Əfqanıstanda insan haqlarının pozulması halları müzakirə edilib və Talibanın bütün əfqanların hüquqlarını qorumalı olduğu vurğulanıb.
ABŞ nümayəndə heyəti Talibanı Əfqanıstanda inklüziv hökumət qurmaq üçün addımlar atmağa çağırıb.




