"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dekabrda hava necə olacaq? – Açıqlama

01 Dekabr 2021 - 17:50
in CƏMİYYƏT

Birmənalı yalnız onu qeyd edə bilərik ki, burada hər hansı bir qanunauyğunluq axtarsaq, yanılarıq. Bu fikri təsdiqləmək üçün gəlin elə son 20 ilin dekabr ayında olan hava şəraitini təhlil edək.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bütün meteoroloji müşahidələrə görə ən soyuq 2002-ci ildə Bakıda 8.8° şaxta olduğu halda növbəti 2003-cü ilin dekabr ayında 22.5° isti qeydə alınıb:

“Belə halları son 10 ildə də müşahidə etmək olar. Misal üçün, 2012-ci ildə havanın orta temperaturu iqlim normasından aşağı, növbəti 2013-cü ildə yüksək, 2015-də yenidən mülayim isti, 2016-cı il isə həmişəkindən soyuq, hətta Bakı üçün nadir hadisə kimi havanın temperaturu 4.2°şaxta olub. Ardınca 2017, 2018, 2019-cu illər müsbət anomaliya ilə fərqlənib. Keçən il isə havanın temperaturu iqlim normasından aşağı olub.

Lakin daha uzunsıralı dövrlərin təhlili göstərir ki, 1961-1990-cı illərlə müqayisədə 2002-ci ili nəzərə almasaq, son onilliklərdə dekabr ayında orta temperatur artıb və şaxtalı günlərin sayı azalıb. 2019-cu il dekabrın 2-də şimal-qərb küləyinin maksimal sürəti Sumqayıtda 40 m/s, Bakıda 38 m/s-ə çatıb”.

U.Tağıyeva qeyd edib ki, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, ildən-ilə qış aylarında soyuq günlərin sayı azalır, normadan yüksək isti günlərin sayı isə artır:

“Ölkəmizdə də şaxtalı, qarlı günlərin sayı azalaraq, qışın daha mülayim keçməsi müşahidə olunur. Lakin, iqlim dəyişmələri nəticəsində atmosfer sirkulyasiyasında baş verən transformasiyalar fəsildən asılı olmayaraq qısamüddəti və ya daha davamlı kəskin hava-iqlim anomaliyaları ilə özünü biruzə verir.

Məsələn, bütün çoxillik müşahidələrə görə Bakıda ən çox sutkalıq cəm yağıntı 2002-cı il dekabrın 10-da gündüz və 11-nə keçən gecə müşahidə olunub, sutka ərzində rekord miqdarda 48 mm yağıntı (qar) düşüb.

Dekabrın 11-də səhər Bakıda və Abşeronun qərbində qar örtüyünün hündürlüyü 50 sm olub. Ən çox aylıq yağıntı da 2002-ci ilin dekabrında müşahidə olunub, ay ərzində 183.9 mm yağıntı düşüb ki, bu da aylıq normadan 5.7 dəfə çoxdur.

Adətən bu kimi prosesləri aylıq proqnozlarda nəzərə almaq mümkün olmadığı üçün, dünya təcrübəsinə əsaslanaraq uzunmüddətli proqnozlarda yalnız gözlənilən temperatur və yağıntı iqlim norması ilə müqayisəli şəkildə təqdim edilir.

Belə ki, dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanıldı

Next Post

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
FHN valideynlərə müraciət etdi – VİDEO

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Ulduz” metrosunun yaxınlığındakı yanğın söndürüldü

"Ulduz" metrosunun yaxınlığındakı yanğın söndürüldü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.