Ukraynadakı münaqişə Avropa üçün ciddi çağırışdır, Ukraynada və onun ətrafında artan gərginlik dərin narahatlıq doğurur.
Elchi.az xəbər verir ki, bunu İsveç xarici işlər naziri Ann Linde deyib.
Onun sözlərinə görə, ATƏT məkanında heç bir münaqişənin Ukraynadakı münaqişə qədər ciddi nəticələri olmayıb.
O, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenliyə və ərazi bütövlüyünə tam hörmətlə dayanıqlı siyasi nizamlanmaya doğru irəliləyişin olmamasından narahatlığını ifadə edib.
Qeyd edək ki, Stokholmda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.




