“Milan” müdafiəçisi Saymon Kyerin xidmətindən məhrum alıb.
Buna səbəb Danimarka millisinin üzvünün zədələnməsidir.
A seriyasının XV turunda “Cenoa” (3:0) ilə matçın 4-cü dəqiqəsində dizindən aldığı xəsarət nəticəsində əvəzlənən 32 yaşlı mərkəz müdafiəçisi qarşıdakı oyunlarda komandadan ayrı qalacaq. İlkin müayinə diz bağının zədələdiyini göstərib.
Danimarkalı daha bir dəfə tibbi müayinədən keçəcək və yekun qərar həmin vaxt veriləcək. Çox güman ki, futbolçu uzun müddətə sıradan çıxıb.





