"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezidentin xəbərdarlığından nəticə çıxarmayanlar: Ata tender keçirir, oğul qazanır

03 Dekabr 2021 - 11:07
in MANŞET

Azərbaycanda tenderlərin, dövlət satınalmalarının korrupsiyanın ən geniş yayıldığı sahə olaraq qaldığı heç kimə sirr deyil. Artıq vəziyyət o yerə çatıb ki, məmurlar birbaşa öz ailə üzvlərinə şirkətlər açıb, açıq şəkildə tenderləri onlara qazandırmaqdan və bununla da külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdən belə çəkinmirlər.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Elchi.az bildirir ki, “Buta.ws”-ə “Azergold” QSC-dəki tenderlərlə bağlı maraqlı məlumat daxil olub. Həmin məlumatda “Azergold” QSC-nin sədri Zakir İbrahimovun öz oğlu Zaur İbrahimə dəyəri milyonlarla manatla ölçülən tenderlər qazandırmasından söz açılır. 

Məlumatda deyilir ki, Zaur İbrahim hazırda atasının rəhbərlik etdiyi “Azergold” QSC-nin tenderlərini qeyri-qanuni yollarla əldə edən “AZCD Group” QSC-yə rəhbərlik edir: “O, Britaniyada ali təhsil aldıqdan sonra 2019-cu ildə Bakıya qayıdır və bibisinin həyat yoldaşının sədri olduğu Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) işə başlayır… 

Bundan sonra atası Zakir İbrahimov bir şirkət (“Buta Construction” QSC) təsis edərək, oğlunu ora faktiki rəhbər (formal direktor Azər adlı şəxs idi) təyin edir, “Azergold” QSC-nin tenderlərini müxtəlif üsullarla həmin şirkətə ötürür və bu mexanizmlə dövlət əmlakını ailəlikcə mənimsəyə başlayırlar. Bu yolla bir müddət külli miqdarda pul qazansalar da, Zaurun səriştəsizliyindən götürdükləri işləri sona çatdıra bilmirlər…”

Məlumatda deyilir ki, Zaurun şəxsi keyfiyyətləri götürülən işlərin keyfiyyətli şəkildə və vaxtında yerinə yetirilməsinə imkan verməyib. Buna baxmayaraq, “Azergold” Zaura aid şirkətlə işləməkdə davam edib: “Bu uğursuz layihə ilə yanaşı yenə Zaurun bibisinin yoldaşı ona birbaşa iş verməsə də, rəhbəri olduğu MİDA-nın tenderinin qalibi olmuş “Çinar İnşaat” MMC-yə təzyiq edərək 2 binanın 2 milyon manatlıq tikintisini “Buta Construction” QSC-yə verir. Təbii ki, bu iş də yarımçıq qalır, binaların tikintisi yarımçıq saxlanılır. Yenə də Zaurun atası və digər yaxın qohumları işə qarışır və ona “gözün üstündə qaşın var” deyən olmur. 

Amma artıq tikinti bazarında qeyri-ciddi şirkət kimi tanındıqları üçün və atasının məsləhəti ilə “Buta Construction” QSC-nin adını dəyişərək “AZCD Group” QSC http://www.azcdgroup.com/ edirlər. Ofisin ünvanını dəyişirlər, amma əməllər dəyişmir. Şirkətin adı dəyişdikdən sonra 30.09.2021-ci il tarixdə “Azergold” QSC tərəfindən satınalma dəyəri 22 307 945,859 (iyirmi iki milyon üç yüz yeddi min qoqquz yüz qırx beş) manat olan Tülallar-Çovdar avtomobil yolunun inşası tenderini bir çox köklü, beynəlxalq və “AZCD Group” QSC-dən dəfələrlə böyük və təcrübəli şirkətlərlər iştirak etməsinə baxmayaraq, nə hikmətdirsə, yenə Zaur İbrahimin “AZCD Group” şirkəti qazanır.”

Beləliklə də, məlum olur ki, nəticədə sözügedən şirkət bir il ərzində“Azergold” QSC-nin ümumi dəyəri 30 milyon(!) manatdan çox olan 3 layihəsini “qazanıb”.

Məlumatda Z.İbrahimin kübar həyat tərzi keçirməsi, işçiləri tez-tez təhqir etməsi və s. bu kimi şəxsi keyfiyyətlərindən də bəhs olunur. Hətta bildirilir ki, onun xalasının əri Azərbaycandakı ən böyük nazirliklərdən birinə rəhbərlik edir və o da bu qohumluqdan hər yerdə ağız dolusu söhbət açmağı çox sevir…

Lakin burada əsas məsələ kiminsə şəxsi keyfiyyətlərindən, qohumluq əlaqələrindən daha çox dövlət orqanlarının, nazirliklərin, şirkətlərin, QSC-lərin və s. qurumların tenderlərinin açıq bazara, qohum-əqrəba biznesinə, nəhayət, dövlət vəsaitlərinin talanması mənbəyinə çevrilməsidir. 

Xatırladaq ki, ölkə başçısının da dəfələrlə tenderlərin və dövlət satınalmalarının korporativ maraqlara xidmət etməsi və buradakı korrupsiya halları barədə açıqlamaları, tənqidləri olub. Lakin belə görünür ki, Azərbaycanda bu sahədə səliqə-səhman yaratmağa tələsən yoxdur və bu gedişlə hələ xeyli müddət büdcə vəsaitlərinin tender adı ilə talanması prosesi davam edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan XİN başçısı Portuqaliyanın xarici işlər üzrə dövlət naziri ilə görüşüb

Next Post

Sabahın hava proqnozu açıqlandı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
İstirahət günlərinin hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlandı

Bakıda güclü külək əsir

Bakıda güclü külək əsəcək – Xəbərdarlıq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.